Fitnə nədir?
Fitnə iftiradan doğar ondan qidalanıb bəslənir. O bəsləndikcə, parçalanma, nifrət, kin və düşmənlik kök salır. Uca Rəbbimiz, fitnə, insanların birbirini öldürməsindən də pis bir şey olduğunu bildirməkdədir: وَالْفِتْنَةُ اَشَدُّ مِنَ الْقَتْلِۚ
“…Fitnə qətldən daha pisdir…” (Bəqərə, 2/191)
Biz bunları həm tarixdən həm də baş verən hadisələrdən və başımıza gələnlərdən müşahidə etməkdəyik.
İslam aləmi fitnə ilə parçalandı və bir birinin qanını tökdü. Səhabə kimi nümunəvi insanlar bundan nəsibini aldı. Fitnə təkcə savaşları başlatmır, təkcə insanları öldürmür. Ədavəti, kini, düşmənliyi yaradır və sonrakı nəsillərə də daşıyır. Milləti, ölkəni, ailəni dağıdır, parçalayır. Ən sevdiyin, qardaş qardaşı, ər arvadı, ata oğulu birbirindən ayırır.
Yaşadığımız hadisədən bir misal verəcəyəm: Ölkəmizdə ilk başda müsəlman olan namaz qılan insanlar arasında çox gözəl bir münasibət, sevgi vardı. Heç ağlımıza gələrdimi ki, bizə kənardan başqaları bu münasibətə xələl gətirəcək, bu sevgini yox edəcək?!
Heçbir düşmənin, heçbir kənar qüvvənin yox edə bilməyəcəyi qardaşlığı, dostluğu içimizdəki qardaş dediklərimiz elə bu fitnəylə yox etdi. Fitnəyə düşənlər müsəlmanlara qarşı bəslədiyi ülvi dəyərləri qəlbindən söküb atdı. Onlar burax səni, Allahın evini tağut olaraq görür və artıq həyatı boyu oraya girmir. Çünki fitnədən hördüyü hörümçək ağını özünə ev etmiş. Allah niyə evlərin ən zəifi hörümçək evidir deyir? Çünki, o evin əsli əsası/təməli yoxdu və o evdə ailə fərdləri birbirini yeyir.
İnsanlar ən böyük iftiranı Allaha qarşı edərək fitnə saldılar. Müxtəlif ilahlar uydurub, yeni dinlər icad etdilər. Bu dinlər öz aralarında müxtəlif təriqətlərə, məzhəblərə bölündü. Hər bir din mənsubu hər bir təriqət mənsubu öz təmsilçisinə dəyər verdi. Öz dinindən öz təriqətindən olmayan bir insanı ailəsindən belə olsa ona düşmən kəsildilər.
Halbuki Allahın dini rəng, din, dil, məqam ayrı seçkilik etmədən hərkəsi biraraya gətirməyi, aralarında birlik bərabərliyi güvən və dostluq içində yaşamağı əmr edər.[1] Birbirinə qarşı hüsnü zənn bəsləməyi yəni yaxşı fikirdə olmağı, sui zənn bəsləməyi isə yəni pis əsassız fikirlərə düşməyi isə qadağan edər. Çünki İftiranın toxumu sui zənlə başlayır. Bu haqda Rəbbimiz belə buyurmaqdadır:
“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Hucurat, 49/12)
Özünüz də şahidsiz, biz, sünni və şiəyə insanların icad etdiyi təriqətləri buraxıb təkcə Allahın əmr etdiyi müsəlmanlığa çağırdığımız zaman onlar bizə Amerikanın, Rusyanın agenti, vəhhabi və s. kimi iftiralar yaxarlar. Bu cür insanların çox olduğu cəmiyyətlərə xarici düşmən lazım deyil. Hər zaman öz aralarında didişib dururlar.
Allah, onların və bütün fitnəkarların şərrindən bizi Quranda göstərilən bu peyğəmbər duasıyla qorusun:
“Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!” (Ənkəbud, 29/30)
Oxşar tarixi məlumat üçün bu linkə tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Təəssüf ki, ənənə dinin mənsubları Maidə 51-ci ayənin məal və təfsirini təhrif edərək, ayədəki “vəli” kəliməsini bizim bildiyimiz dostluqla əlaqələndirib, yəhudi və xristianlarla dostluq qurmaq olmaz fikrinə düşüblər. Ayə belədir: “Ey möminlər! Yəhudi və Xristianlara yoldaş olmayın. Onlar bir birinə yoldaşdır. Sizdən kim onlara yoldaşlıq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”- buyurmaqdadır. Eyni surənin 55-ci ayəsində də: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.”- buyurulur.Bu kimi ayələrdə ifadə edilən vəli/yoldaş kəliməsi maddi yöndən dostluq deyil, mənəvi, inanc yönündən edilən yoldaşlıqdır. Eyni yolun yolçusu və eyni düşüncə sahibi kimi yanında yer almayacaqsan, deməkdir. Bu barədə əlavə məlumatı saytımızın bu linkində görə bilərsiz: https://www.muselmanlar.com/fitvalar/6279.html