Sual: Qəssablar və ya restoranlar “süd danası, süd quzusu” deyə, kəsdikləri heyvanların daha ləzzətli olduğunu reklam edirlər. Normal hallarda bu cür heyvanları kəsməkdə bir problem yoxdursa, bəs niyə bunları qurbanlıq adından kəsə bilmirik?
Cavab: Biz qurbanları təkcə ətinə və dəyərinə görə deyil, Allahın verdiyi əmrlərə əsasən kəsirik. Hansı heyvanların qurbanlıq olaraq kəsiləcəyini də bizə kitabında göstərmişdir. Həcc surəsinin 36-cı ayəsində belə buyrulur:
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ
Biz, cüssəli[1] qurbanlıq heyvanları sizin üçün Allahın (dininin) ayinlərindən etdik…”
Ayədəki “budn” kəliməsi, bədəni və ya cüssəsi yetişmiş bir heyvan deməkdir. İnsanlar arasında uşaqların yetkinlik dövrünə necə ki biz büluğ çağı deyirik. Heyvanlarda məsələn qoyun cinsində bu bir ildə, inək cinsində isə iki ildə tamamlanır. Bu səbəblə qoyun bir yaşını doldurduqda, dana da iki yaşını doldurduqda kəsilməsi şəriətə daha uyğundur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Qurban barədə digər sual-cavablara baxmaq üçün aşağıdakı linki tuşlayın:
https://www.muselmanlar.com/?s=qurban
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Ənənə din mənsublarının çoxu “budn” kəliməsini dəvələr deyə tərcümə edərək, ayənin əsas məğzini mənasızlaşdırmışlar.