Sual: Allah, insanlara nəyə görə din göndərmişdir. Yəni, din olmasaydı insan həyatında nə kimi dəyişikliklər olardı? Bəlkə dinlər olmasaydı müharibələr olmaz, insanlar bir-birini öldürməzdi. “Müharibələrin çoxu dindən qaynaqlanır” kimi sözlərə nə deyərdiz?
Cavab: Allahın dininin nə olduğunu bilməyənlər hər şey söyləyə bilərlər. Əslində bu cür insanlar, fərqində olmadan insanların dinini qəsd etmiş olurlar. Amma buna Allahın dini deyirlər.
Allahın dini, insanların təbiətində olan müsbət keyfiyyətləri həyata keçirmələrini əmr edər. Rum surəsi 30-cu ayədə Rəbbimiz belə buyurmaqdadır:
“ Üzünü hənif olaraq əsl bu dinə, Allahın fitrətinə çevir. O, insanları fitrəti üzere yaratmıştır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.”
İnsan, öz insanlığını və təbiətində mövcud olan bu keyfiyyətləri ancaq Allahın dininə uymaqla qoruyub saxlaya bilər. Allahdan gələn kitablar və göndərilən elçilər də insanda olan bu keyfiyyətlərin qorunub, saxlanması üçün göndərilmişdir.
Allahdan gələn kitabların hər hansı birini oxuyan bir insan, oradaki tövsiyələrin nə olduğunu görər. Haqsız yerə nəinki müharibə etmək, insan öldürmək hətta bir heyvana belə əziyyət vermək qadağan edilmişdir.
Bilavasitə; bu deyilənlərin tam tərsinə, müharibələr din səbəbilə deyil, dinsizlik səbəblərindən yaranır. İnsanlar öz aralarında Allahın qadağan etdiyi, “millətçilik, şan-şöhrət, hərislik, başqasının mal-mülkünə, haqq-hüququna təcavüz və s.” kimi, yollara yəni dinsizliyə baş vurduqları üçün müharibələr edirlər. Quranda, icazə verilən müharibələr də məhz bu kimi insan və cəmiyyətlərə qarşıdır.
İslam, sözünün mənası belə, “sülh, əminamanlıq, təslimiyyət” deməkdir. İnsanların barış içində yaşamaları, dünya və axirətinin təminatı Rəbbimizin göstərdiyi bu dinə uymaqla mümkündür. Əksi təqdirdə, haqsızlıqlar, zülm və müharibələr qiyamətə qədər davam edəcəkdir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/11634.html
https://www.muselmanlar.com/elanlar-xeberler/12273.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.