Məscidi Əqsanı yəhudilər yıxa bilərmi?
Siyasi məqsədlə Əməvilər tərəfindən Qüdsdə Süleyman məbədi ərazisində inşa edilən və insanların “Məscidi Əqsa” dediyi yerin Quranda adı keçən “Məscidi Əqsa” ilə heç bir əlaqəsi yoxdur. Müsəlmanlar arasında bu adın məşhur olması səbəbilə məqaləmizə də bu adı vermiş olduq.
Yaxın-şərqdəki bütün hadisələr kimi son dövrlərdə alovlanan Qüds/Məscidi Əqsa hadisəsi də sadəcə olaraq uzun vədəli bir proyektin ilk ayaq səsləridir.
Daha əvvəllər də müxtəlif səbəblərlə bildirmişdim; İsrailin Qüdsü müsəlmansızlaşdırıb, Süleyman məbədini yenidən inşa etməyinin qarşısındakı tək maneə sadəcə öz aralarında olan münaqişələrdir/ixtilaflardır. Yəhudilərdən bir qrup məbədin Məsih tərəfindən inşa edilməyinin lazım olduğunu, buna görə də Məsih gələnə qədər mövcud vəziyyətin stabil olaraq qalmalı olduğunu hesab edirlər. Digər bir qrup isə Məsihin gəlməyi üçün məbədin hazır vəziyyətə gəlməli olduğunu hesab edirlər.
Yəni bu gün İsrailin belə bir qorxusu yoxdur ki: “Əgər biz İsrail dövləti (yəhudilər) olaraq Müsəlmanlara aid məscidləri söksək yerinə Süleyman Məbədini inşa etsək bizə çox qəzəblənərlər”. Müsəlman toplumlar/cəmiyyətlər onsuzda faiz qandalını boyunlarına taxaraq İsrailin (yəhudilərin) köləsi vəziyyətindədir.”
Bunun ən böyük günahkarı elə Müsəlmanların özləridir.
Qurandan uzaqlaşıb ağlımızı bəzi təriqət, məzhəb və ya təşkilatlara kirayə verməsəydik bu vəziyyətə düşməzdik (yəni ağlımızı istifadə edib Qurana əməl etsəydik bu gün çox fərqli vəziyyət olacaqdı). Müsəlmanlar bu gün təəssüflər olsun ki, Qurandan problemlərə çarə tapmaq, uzaq vədəli strategiyalar müəyyənləşdirmək və sakin, düşüncəli ağlı başında hərəkətlər etməkdən aciz vəziyyəttədirlər.
Bu gün özünə İslam toplumu/cəmiyyəti deyən bir bölgəni/ölkəni qızışdırmaq, dava-dalaş salmaq üçün ora sadəcə böyük miqdarda silah göndərmək kifayətdir ki, onlar bir-birlərinin öldürüb qanını axıdsın. Çünki bu silahlar bizə hardan gəldi, bu silahlarla vəziyyətimiz daha yaxşı oldu yoxsa daha pis oldu sualını onsuzda müsəlmanlar verməyəcək.
İsrailə qarşı müsəlmanların ümumi olaraq “Öz ayağını güllələmək/oturduğu ağacı kəsmək” (yəni özünə zərər vermək) strategiyası xaricində ağıllı bir hərəkət etdiyini görmək mümkün deyil. Misal olaraq 2003-cü ilin başlanğıcında Yusif el-Qaradavi Fələstin sərhədləri daxilində intihar hücumlarının (yəni özünü partladmaq hücümlarının) caiz/halal olduğunu dedi (Fətva verdi). Bu elə İsrailin istədiyi şey idi əslində. Beləcə İsrailin əlinə müsəlmanların həyatını cəhənnəm/zindan etmək üçün hüquqi səbəb verildi. İsrail dövləti Fələstində divarlar inşa etməyə başladı, hətta yolda gördükləri hər hansı bir Müsəlmanı canlı bomba olma bəhanəsi adı ilə öldürə biləcək hala gəldi. Bu böyük “fürsəti/kozırı” onların əlinə kim verdi? (Əlbətdə bu fətvanı verənlər). Yuxarıda “Öz ayağını güllələmək/oturduğu ağacı kəsmək” deyəndə bunu nəzərdə tuturdum.
İllər ərzində bəzi brend məhsulları boykot etməyi bu millətə İsrail ilə mübarizə olaraq sırıdılar. Məqsəd insanları mənəvi olaraq rahatladmaq və guya İsrail ilə mübarizə edirik hissi verməkdir. (Heç sizlərdən O məşhur boykot edilən məhsullar arasında hər hansı bir Bankın loqosunu görən oldu ya da olub?)
Digər tərəfdən isə Türkiyənin faizli kredit borcu qat-qat artdı, son 20 ilin Türkiyədə banklardan alınmış faizli kredit miqdarlarını müqayisə edin. İsraili boykot etdiyini düşünüb 3-5 TL dəyərində olan məhsulları süfrələrinə qoymayan şəxslər, 50.000-100.000 TL faiz verdilər banklara. Bu faiz qazancları sizə görə hara getdi? Cavabı çox sadədir; Siyonist/Yəhudi bir neçə ailənin cibinə.
Həm Qurandan, həmdə ağlımızdan uzaqlaşdığımıza görə bu hallara düşdük dedikdə nəyi nəzərdə tutduğumuzu başa düşdüz deyə ümid edirəm.
Bu gün aldığı maaşın yarsın banka kredit vermək məcburiyyətində olan Müsəlmanlar indi qalxıb guya ki, meydanlarda mitiqlər edir. Sən, ev-eşik, maşın sahibi olmaq üçün hər ay aldığın maaşın və ya qazandın pulun bir hissəsini İsrailə faiz olaraq ver sonra mitinq elə deki: “İsraili qınayıram, pisləyirəm”. Nəyin mitinqidi bu?
Quransız, hikmətsiz və ağılsız bu özünə İslam deyən cəmiyyətin hal-hazırda olan vəziyyəti heç ürək açan deyil və gələcəyi parlaq görünmür. ”Allahu əkbər, Allah bizmlədir” şüarı səsləndirmək amma halını düzəltməməklə Allahın yardımını gözləmək əsassızdır, boşunadır. Yəhudilər tarix boyu “biz nə qədər günah eləsəkdə Allah bizə onsuzda kömək edər” deyə yanlış düşüncələri nəticəsində başları bəladan qurtulmayıb. Eyni zəhərli düşüncə tərzi bu gün müsəlmanlar arasında da yayılıb. Allahın qanunu çox aydındır:
“Bu bir qanundur: Bir topluluq/cəmiyyət özünü dəyişməyincə, Allah ona verdiyi neməti dəyişməz; Allah, dinləyir ve bilir.” (Ənfal 8/53)
Məscidi Əqsa sökülə bilərmi?
Bəli, Yahudilər öz aralarında bəzi problemləri həll etsələr, Müsəlmanların biri-birlərini öldürməklə məşğul olduğu bir vaxtda sökülə bilər.
Müəllif: Vedat Yılmaz.
Tərcümə: Əli Nadirov.