Müsəlmanlar

Bayram namazı nə vaxt və necə qılınır?

Cavab: İstər Ramazan istər Qurban bayramı namazı vaxtları, günəş çıxdıqdan 45 dəqiqə sonra başlayır. Bu vaxtla günorta namazına 45 dəqiqə qalan vaxt arasındakı zamana quşluq vaxtı deyilir. Bayram namazı da bu vaxtlar arasında qılınmalıdır. Nə qədər tez qılınsa o qədər yaxşıdı. Çünki, bu şəkildə davranmaq namaz qıldıqdan sonra insanların bir biri ilə bayramlaşmasına və həmin gün görüləcək işlərini bitirməsinə köməklik göstərir.

Bayram namazları camaatla qılınan namazlardır. Əgər Məscid yoxdursa və ya istifadəyə açıq deyilsə, o zaman öz aranızda camaat olub uyğun bir yerdə namazlarınızı qıla bilərsiz.

Ramazan və Qurban bayramları hər ikisi eyni şəkildə qılınır. Hər ikisi iki rükətdir. Təkcə niyyətləri fərqlidir. Normal qıldığımız iki rükətli namazlara sadəcə “Allahu Əkbər!” təkbirləri əlavə edilir. Bu əlavələr 3, 5, 7-yə qədər artırıla bilər. Təkbirlərin, ilk rükətdə Fatihəyə başlamadan qabaq, ikinci rükətdə isə Fatihə və bir başqa surə oxuduqdan sonra əlavə edilməsi daha münasibdir. Allah qəbul eyləsin!

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7801.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.