Müsəlmanlar

Qadınlar yaşlandıqdan sonra başlarını aça bilərmi?

Sual: Qadınlar yaşlandıqdan sonra başlarını aça bilərmi? Məsələn 60 yaşına gəlmiş bir qadının saçlarının müəyyən bir qismini açmasında dini cəhətdən bir qadağa varmı?

Cavab: Qurani Kərimin Nur surəsi 60-cı ayəsində bu cür yaşlı qadınlar barəsində belə buyrulmaqdadır:

“Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.” (Nur, 24/60)

Ayədən də gördüyümüz kimi, belə bir yaşa çatmış və cinsi yöndən yad kişilərə hər hansı bir cazibə, pis fikir aşılamayan qadınların başlarını açmasında bir problem yoxdur. Ayənin sonunda isə bunu etməməyin onlar üçün daha yaxşı olduğunu bildirir. Qısacası; xoş görülməsə də qadağan olmadığını görürük.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5945.html

https://www.muselmanlar.com/fitvalar/5558.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.