Cavab: İnsan, bilmədiyindən hesaba çəkilmədiyi kimi bilməyərək işlədiyi günahdan da hesaba çəkilməz. Bizim hesaba çəkiləcəyimiz günahlar, bilərək və heç bir təzyiqə məruz qalmadan işlədiyimiz günahlardır. Bu cür günahları ağlı başında olan hər kəs bilir. Pis və yaxşı şeylər hər kəsə məlumdur. Quranda cahillik edərək işlədiyiniz günahları Allah əfv edər deyir:
“Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar cahillik edərək pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisə, 17)
Burada ifadə edilən “cahillik edərək” ifadəsi, ağlı başında, dirayətli davranmamaq mənasındadır. Çünki, pislik edən hər kəs pisliyin nə olduğunu yaxşı bilir. Lakin, nəfsinə və arzularına məğlub olduğu üçün, özünə hakim olmadığı üçün həmin günahı işləyir. Yəni, günah olduğunu bilmədiyi üçün deyil. Ayənin sonrasında “pis iş gördükdən sonra tezliklə tövbə edirlər” ifadəsi isə tövbənin ölmədən əvvəl edilməsinə işarə edər.
Cəhalətlə bağlı, Yusuf surəsinin 33-cü ayəsində də belə buyrulmaqdadır:
“(Yusuf) dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
Burada Yusuf əleyhissəlam “cahillərdən olaram” deməklə, bilməyənlərdən olaram deyil, özünə hakim olmayanlardan və ya dirayətsizlərdən olaram demək istəmişdir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/6916.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.