Müsəlmanlar

Bankda zərgər kimi işləyə bilərəmmi?

Sual: Namaz əhli olduğum halda bankda zərgər kimi işləməyim üçün təklif almışam hansı ki, 2 ali təhsil diplomum, bir çox yerlərdə rəsmi işləməyim(iş, istehsalat təcrübəsi olması) eləcə də işıq idarəsi və. s, kifayət qədər komputer biliklərimin olması, iş ilə bağlı 2 ilə yaxın axtarmadığım münasib vakansiya, tanıdığım soraq etmədiyim adam qalmayıb. SübhanAllah, mövcud pandemiya ilə əlaqədar işsizlik, dolanışıq və.s pik həddə çatıbdı. Təklif edilən işə dair münasib fikrə ehtiyacım var. Xahiş edirəm cavab verərdiz.

Cavab: Siz bankda faiz işləri ilə məşğul olmursuz. Bank işçilərinin çoxu belədir. Namaz əhli olsanız da olmasanız haram hər kəs üçün haramdır. Siz bankda dövüz işində, zərgər işində, qaravul və ya müxtəlif faiz xaric xidmət sektorlarında işləyə bilərsiz. Bunda bir problem yoxdu. Əlavə məlumatları saytımızdan ala bilərsiz: https://www.muselmanlar.com/fitvalar/4364.html

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.