Müsəlmanlar

Kişi, arvadını boşamadan evi tərk edib getsə, nə etməliyik?

Sual: Kişi, “yaxınlıq etməmək sözü verib” evi tərk edib və üstündən də 4 ay keçib. Nə vaxt geri dönəcəyini də bilmirəm. İndi mən nə edim, belə yaşamaq da istəmirəm. Belə bir halda ərimdən boşanmış sayılırammı?

Cavab: Qurani Kərimdə, “Zövcələri ilə yaxınlıq etməməyə söz verənlər üçün gözləmə müddəti 4 aydır. Əgər onlar dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.” (Bəqərə, 226)

Ayədə göstərildiyi müddət içərisində əgər əri avradına dönmək istəyərsə, dönə bilər. Yox əgər dönmürsə, artıq arvadını qiyabi tutmaq səlahiyyətinə sahib deyildir. Bu müddətdən sonra istəyir əri avradına boşamışam desin istəyir deməsin əgər, arvadı ayrılmaq istəyərsə, ayrılır. Yolunu gözləmək istəyərsə, gözləyər. Əgər arvadı boşanmaq üçün iftida/boşanma haqqından istifadə edibsə və ya bundan ötrü məhkəməyə baş vurubsa, ərindən boşanmış olur. Bu qadın artıq evli deyil, dul sayılır.

Əgər əri geri dönər və hər ikisi yenidən ər-arvad olmaq istəyərlərsə, ayədə ifadə edildiyi kimi, bunda da bir problem yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Boşanmayla əlaqəli ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/2282.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.