Müsəlmanlar

Kişi öldü. Arvadı, bir oğlu və iki qızı qaldı. Miras necə bölüşdürülməlidir?

Sual: Atam dünyasını dəyişdi. Ondan qalan mirası anam, mən və iki bacım öz aramızda bölüşəcəyik. İslam dininə əsasən bu bölgü necə aparılmalıdır?

Cavab: Uca Allah, Nisə surəsi 12-ci ayəsində, əri ölən qadının miras payının ilk öncə verilməsini əmr edər. Əgər ərindən uşaqları varsa mirasın 1/8, uşaqları yoxdursa, ¼-nin verilməsini əmr etmişdir. Ayə belədir:

“Əgər sizin övladınız yoxdursa, vəsiyyəti çıxdıqdan və ya borcu yerinə yetirdikdən sonra qoyub getdiklərinizin (mal-mülk, miras) dörddə bir hissəsi arvadlarınızındır. Uşağınız varsa, onda qoyub getdiklərinizin səkkizdə bir hissəsi onlara çatır.” (Nisa, 4/12).

Həmin ayənin əvvəlində isə, qız uşağına oğlan uşağının yarısı qədər pay düşdüyü bildirilir: “Allah, övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür” (Nisa, 4/11).

Bu əmrə əsasən, payların doğru verilməsi üçün miras 32 hissəyə bölünür. Bu hissədən 4 pay ananıza verildikdən sonra yerdə qalan 28 hissədən, 14 pay sizə, bacılarınızdan hər birinə 7 pay olmaqla 14 pay da onlara düşür.

Allah Təala mirasla əlaqədar ayələrdə belə buyurduğuna görə miras əvvəlcə bu cür bölüşdürülməlidir. Sonra kim kimə nə istəyirsə, pay verə bilər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Mirasla əlaqədar bütün sual-cavablara aşağıdakı linkdən baxa bilərsiz:

https://www.muselmanlar.com/?s=miras

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.