Cavab: Cənab kəliməsi, ərəb dilində “yan, yön, tərəf” kimi mənalara gəlir. Bu kəlimə, dilimizdə müraciət formasını göstərir. Qiymət verdiyimiz, hörmət etdiyimiz, böyük tutduğumuz birini göstərmək istəyəndə və ya mədəni, əfəndi, əliaçıq, cömərd birini vəsf edəndə də bu kəlimə işlədilir. Məsələn, filankəs “ali cənab adamdı” deyəndə, o insanın mədəni və ya cömərd olduğunu tanıdırıq. Həmin insanın mömin olub-olmamasından asılı olmayaraq.
Daha çox birinə yönələndə hörmət ifadəsi ilə “cənablar!”, “cənab yoldaş!”, “cənab hakim!” cənab Əli!” deyə, müraciət edirik. Diplomatik münasibətlərdə də bu kəlimədən istifadə edirik. O cümlədən yeri gələndə peyğəmbərimizə; “cənab-ı peyğəmbər”, Uca Allaha; “Cənab-ı Allah” deyirik. Yəni bu kəlimə bir tək varlığa, şəxsə müraciətlə işlədilən bir söz deyil.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/5061.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.