Müsəlmanlar

Cənazəni tabutla dəfn etmək olarmı?

Sual: Şəhid düşmüş və ya tanınmaz halda olan birini tabutdan çıxarmadan, onu tabutla birlikdə torpağa basdırmaq olarmı?

Cavab: Şəhid düşmüş, vəfat etmiş birinin tanınmaz halda olması və ya yanmış, çürümüş halda olması artıq onun yıxanmasına və tabutdan çıxarılıb dəfn edilməsinə mane səbəblərdir. Belə bir cənazəni tabutla birlikdə basdırmaqda heç bir problem yoxdur. O cümlədən, xəstəliklik bulaşmış və yayılmasından qorxulan bir cənazəni də bu şəkildə basdırmaq olar.

Lakin bu kimi məcburi səbəblər olmadan hər hansı bir cənazəni istər şəhid olsun istər olmasın, tabutla birlikdə basdırmaq uyğun deyildir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/7916.html

https://www.muselmanlar.com/fitvalar/7728.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.