Müsəlmanlar

Qəza namazı olanlar nafilə namaz qıla bilərmi?

Cavab: Qəza namazı, Quranda yoxdur. Peyğəmbərimizdən bu barədə sağlam hədis də yoxdur. Çünki namaz, Quranda vaxtları içərisində qılınması əmr edilmişdir. Bu səbəblə namazı bilərək qəza edən bir kimsə, həmin namazı qəza edib qılsa belə vaxtında qılmadığı namazın yerinə keçməz. Lakin, təkcə iki halda, “yatıb qalması və yadından çıxarması” halında bir insan namazını qəza edə bilər.

Bəziləri, xüsusilə Şafii məzhəbindəki din xadinmləri, qəza namazı olanın nafilə qılmasını doğru görmürlər. Beləliklə, İslamı qəbul edən birinə müsəlman olmadan qabaq qılmadığı namazlarını qəza etməsini tövsiyə edər ki, bu da böyük bir xətadır.

Halbuki Allah, tövbə edən və İslamı seçən bir insanı keçmişdə etmədiyi ibadətlərindən ötrü hesaba çəkməz. Peyğəmbərimiz, səhabədən heç birinə İslama gələndən sonra keçmişdə qılmadığı namazlarını qəza etməsini tövsiyə etməmişdir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Bilərək tərk edilən namazın qəzası varmı?

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.