Əli (r.a.), Cümə günlərin birində minbərə çıxıb belə deyir:
İnsanlar iki cürdür: 1. Şəriətə uyanlar, 2. Bidətə (sonradan uydurulana) uyanlar.
Heç kim Quran kimi öyüd verə bilməz! O Allahın qopmayan ipidir.
Halal olan şeylər Allahın halal etdiyi, haram olanlar da Allahın haram etdiyidir. Sizə sizdən əvvəlkilərin nümunələri verildi və açıq-aşkar bilinənlərə dəvət edildiniz. Bunu ancaq yoldan çıxanlar, kor olanlar görməz. Başına gələn bəlalardan dərs almayana verilən öyüd kar etməz. (Nəhcül Bəlağa, c. 2, s. 417.)
“Alim, ölü olsa belə diridir. cahil, diri olsa belə ölü.” (Nəhcül Bəlağa, s. 418)
“Özünü bilən Rəbbini bilir.”
“Şərəf nəsəbdə deyil, fəzilət və ədəbdədir.”
“Əldə edəcəyin sərvət, itirəcəyin şərəfə dəyməz!”
“Dili şirin olanın dostu çox olur.”
“Kimin dediyinə deyil, nə dediyinə bax.”
“Həsəd edən rahatlıq tapmaz.”
“İnsanların ən xeyirlisi, insanlara faydalı olanıdır.”
“Hər kəsin qiyməti yaxşılığı qədərdir.”
“Xəsis insan, dünyada fağır kimi yaşayar, axirətdə isə varlı kimi hesaba çəkilir.”
“Səni islah etməyən bilik, sapıqlıqdır; sənə faydalı olmayan mal vəbaldır.”
“Görmək yalnız gözlə olmaz; görüşlər, görənləri aldada bilər.”
“Alimin zənni, cahilin yəqinindən daha doğrudur.” (Nəhsul bəlağa s. 419.)
İmam Əli ilə əlaqəli ətraflı məlumatı aşağıdakı linkdə görə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.