Müsəlmanlar

Qadınların bəzənməsi, makyaj və podra sürməsinə dinimiz necə baxır?

Cavab: Bəzənmək, makyaj çəkmək və podra sürmək qadınlara, onların təbiətinə məxsus bir haldır. Buna haram deyən, Allaha iftira etdiyi üçün özü günah işləyər. Lakin, qadınlar makyaj edərkən, (pis yola düşən qadınlar kimi) makyajın ölçüsünü qaçırmamalıdır. Günümüzdə bəzi qadınlar, makyajı üzünü gözəl göstərmək üçün deyil, həqiqi üzünü gizlətmək üçün işlədirlər ki, təhlükəli və qadağan olunan makyajlar bu cür makjaylardır.

Allah, Qurani Kərimdə yaşlı qadınların belə bu şəkildə süslənmələrini və açılıb saçılaraq küçəyə çıxmasını qadağan edər:

“Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları onlara günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.” (Nur, 60)

Zinət qadının bədənidir. İstər üzünü, istər digər orqanlarını kişilərin nəfsini qabardacaq şəkildə sərgiləməməlidirlər. Bir çox qadınlar bu sərgiləmə şəkillərini müxtəlif formada; çılpaq şəkildə, dar geyinməklə və sifətinə özündə olmayan üzvləri əlavə etmək surətilə ortaya qoyurlar. Məsələn; dodağını boyamaq, əlavə qaş, kiprik, göz/lazer qoymaq, başına peruk taxmaq kimi süsləmələr, dinimizin xoş görmədiyi işlərdəndir.

Qadınlar, fitrətləri ecabı bəzənməyə, süslənməyə meyilli varlıqlardır.[1] Yad kişilərin olmadığı yerlərdə istədikləri şəkildə süslənər, bəzənər və açılıb saçıla bilərlər. Lakin, ictimai yerlərə çıxdıqları zaman öz dəyərlərini itirəcək şəkildə bəzənib süslənməməli və açılıb saçılmamalıdırlar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

İslamda Qadın Haqları.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Zuxruf, 18.