Sual: Qurani Kərimdə Nisə surəsinin 11-ci ayəsində oğlana iki, qıza isə bir pay verilməsi əmr edilir. İslamda oğlanla qızın haqları eyni deyilmi?
Cavab: Quranda bu barədə belə deyilir: “Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür.” (Nisa, 4/11)
Təəssüf ki, günümüzdə Qurana yönələn bəzi alimlərimiz, qadın-kişi bərabərdir və haqları eynidir baxış tərzindən yola çıxaraq, bu ayəni səthi dəyərləndirmiş və qadınla kişinin mirasda haqlarının eyni olduğu qənaətinə gəlmişlər.
Halbuki, ayədə oğlanla qız uşağının hansına nə qədər veriləcəyi açıq-aşkar göstərilməkdədir.
Haqq, sayıda və bərabər bölgüdə deyil, haqqı nə isə onu verməkdədir. Yəni, əlindəki 100 manatın iki ailənin hər birinə 50 manat olaraq vermək bərabər bölgüdür. Lakin bir ailənin nüfuzu 10 nəfərdən digər ailənin nüfuzu 2 nəfərdən ibarət olan ailəyə eyni sayıda pulu bölmək ədalətli görülsə də əslində ailənin haqqı nə isə onu verməməkdir. Deməli, həqiqi ədalət hər kəsin haqqı, ehtiyacı nə isə ona görə verməkdir.
Rəbbimiz mirasın paylaşılmasında da gələcəkdə quracaq ailə və alacaq ailə məsuliyyətinə görə kişilərə, qadına veriləcək payın iki qatının verilməsini əmr etmişdir. Bu haqqı bir misalla izah edərsək: Kişinin aldığı 2 payın bir hissəsini evlənəcəyi zövcəsinə mehir olaraq verir və digər payı ilə də ailəsini keçindirir. Qadın isə aldığı 1 payın üzərinə ərə gedəcəyi kişidən 1 pay daha alır və ailəni keçindirmək məsuliyyəti də yoxdur. Belə bir halda, kişinin əlində 0; qadının əlində isə aldığı 1 paydan əlavə kişidən aldığı mehir payını da saxlamış olur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Mirasla əlaqəli hər cür sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/?s=miras
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.