Müsəlmanlar

Qurban bayramını qılana qədər yaxud Ərəfə günündə oruc tutmalıyıq?

Sual: Məzhəb alimlərinin bir çoxu hədis rəvayətlərindən yola çıxaraq, Qurban bayramı öncəsini (Ərəfə gününü) oruçlu keçirməyin nə qədər böyük savab olduğundan hətta Qurban tikəsini yeyənə qədər oruçlu olmaqdan bəhs edərlər. Bu nə dərəcədə doğrudur?

Cavab: Xeyr. Nə Ramazan nə də Qurban bayramı günü oruçlu olmaq olmaz. Bu cür iddia irəli sürənlər, Allahın kitabına və peyğəmbərin tətbiqatlarına zidd hərəkət edirlər.

Bəzi mollalar, insanları Allahın doğru yoluna çəkəcəkləri yerdə, dində özlərindən yeni qaydalar icad edirlər. Dini sahədə cahil insanların bir çoxu da onların bu kimi uydurmalarına/bidətlərinə inanırlar. Məsələn, bu cür uydurmaların bir neçəsi belədir: “Ramazan bayramı günortaya qədər oruçlu olmaq savabdır”, “Qurban bayramı Qurban ətini yeyənə qədər oruç tutmaq lazımdır!” kimi və buna bənzər hökmlər çıxarırlar. Bunların ən pisi isə Peyğəmbərimiz əleyhissəlam adından hədis deyə sərf edilən sözlərdir. Xüsusilə Ərəfə günündə və bayram öncəsi 10 gün içində oruç tutana veriləcək savablarla əlaqəli. Əlbəttə bayram günləri xaric, hər hansı bir gündə oruc tutmaq savabdır. Lakin bu ibadəti ticarətə və istismara açıq tutmaq, dində həddi aşmaqdır. Məsələn:

“Arəfə günündə[1] tutulan oruç, insanın bir il əvvəlki və bir il sonrakı günahlarını örtəcəyi ümid edilir. (Müslüm, Sıyam, 197)

“Allah qatında Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Hətta cihaddan daha qiymətlidir” kimi, əsassız sözləri peyğəmbərimiz əleyhissəlama nisbət etmişlər.

Şiələr bu məsələdə imamları da istismar edərək: “Arəfə günü İmam Hüseyni (r.a.) ziyarət edənə min həcc, min umrə ve min cihad və hətta bundan daha çox savab vardır. O gün İmam Hüseynin türbəsinin altında olanın savabı, Arafatda olanın svabından daha çoxdur.” demişlər.

Müsəlmanlar, Qurana və İslamın ruhuna zidd olan bu kimi əsassız rəvayətlərə qarşı diqqətli olmalı, öz ibadətlərini Qurana və peyğəmbərimiz əleyhissəlamın tətbiqatlarına əsaslandıraraq yerinə yetirməyə çalışmalıdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7750.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Zilhiccənin 9-cu günü Arəfə günü sayılır. Sonrakı gün, yəni Zilhiccənin 10-cü günü Qurban bayramı günüdür.