Müsəlmanlar

Müharibənin beynəlxalq qaydaları

Müharibənin beynəlxalq qaydaları 

Giriş

İnsanların bir-birinin haqqını və malını əldə etmək istəyi fitrətlərində vardır və bu istəklərinə də çox vaxt qaydaları heçə saymaqla qovuşduqlarını görməkdəyik. Hətta ailə fərdləri arasında küslülüklərə səbəbiyyət verən bu hərislik, bir çox cəmiyyətləri bir-birinin rəqibinə çevirir. Başqasının haqlarını məhdudlaşdırmaq hətta həyat haqqından məhrum etmək səyləri insanlar arasında münaqişələri və müharibələri həmişə bəsləmişdir.

Tarix boyu hər bir cəmiyyət, nə qədər doğru bir istiqamət üzərə olursa-olsun, öz haqqını qorumaq üçün başqaları ilə döyüşmək məcburiyyətində qalmışdır. Bu, insanoğluna yer üzünün hakimiyətini verdiyi gündən bəri belə davam etməkdədir. Münaqişənin və müharibənin olmadığı bir dünya arzusu heç vaxt həyata keçməyəcəyi üçün müharibəyə hər an hazır olmaq, savaşdan başqa yol olmadığı zaman da bu borcunu yerinə yetirmək, müsəlmanların ən təməl vəzifələrindən biridir.

İnsanların xoşuna gəlməsə də həyatın bir parçası olan müharibə, bəzi hallarda daha böyük bəlaların qarşısını alması və bəzi hallarda da gözlənilməyən fürsətləri yaratması səbəbiylə müminlərə vacib olmuşdur. Mövzuyla əlaqəli Uca Allah belə buyurur:

“Sizin xoşunuza gəlməsə də, döyüşmək sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə, 2/216)

Hər şeyə bir ölçü qoyan Uca Yaradan, hazırlıq mərhələsindən icrasına  qədər döyüşün bütün beynəlxalq qaydalarını göstərmişdir. Bu məqalədə, ayələrdən hərəkətlə bu qaydalara təmas ediləcəkdir:

Müharibə nə üçün var?

Müharibə, hər kəs üçün arzuedilməz bir haldır. Heç kim ailəsini, işini, çevrəsini tərk edib, həyatını təhlükəyə atmağa həvəsli deyil. Ancaq bir şeydən xoşlanmamağımız, onun doğru olmadığı mənasına gəlməz. Bəzi xəstəliklərin müalicəsinin son dərəcə məşəqqətli və acı olmasına baxmayaraq, müalicənin doğru olmadığını deyə bilməyəcəyimiz kimi.

İslam, fitrət dinidir.[1] Hər zaman sülhün hakim olmasını və heçbir zaman müharibənin olmamasını gözləmək, fitrətə, yəni təbii həqiqətə ziddir. Quran da müharibənin qaçınılmaz bir hal olduğunu ayətlərində mövzubəhs etmiş, bu xüsusda möminlərə yol göstərmişdir. Onlara müharibədə müvəffəq olmağın yollarını göstərmiş və bu mənada tam bir döyüş kitabı kimi öyüdlər vermişdir:

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْۚ وَعَسٰٓى اَنْ تَكْرَهُوا شَيْـًٔا وَهُوَ خَيْرٌ لَكُمْۚ وَعَسٰٓى اَنْ تُحِبُّوا شَيْـًٔا وَهُوَ شَرٌّ لَكُمْۜ وَاللّٰهُ يَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُونَ۟

“Sizin xoşunuza gəlməsə də, döyüşmək sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə, 2/216)

Barış zamanlarında isə İslam tam bir sülh dini, Quran da tam bir sülh kitabıdır. Quran, möminləri sülhə sövq edər, sülhün qalıcı ola bilməsinin yollarını göstərir. Bununla əlaqədar ayə belədir:

وَاِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللّٰهِۜ اِنَّهُ هُوَ السَّم۪يعُ الْعَل۪يمُ

وَاِنْ يُر۪يدُٓوا اَنْ يَخْدَعُوكَ فَاِنَّ حَسْبَكَ اللّٰهُۜ هُوَ الَّذ۪ٓي اَيَّدَكَ بِنَصْرِه۪ وَبِالْمُؤْمِن۪ينَۙ

“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir. Əgər onlar səni aldatmaq istəsələr, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.” (Ənfal, 8/61-62)

Qurana görə müharibə, yer üzündə hüzur və asayişin saxlanması, insan həyatının qorunması və ədalətin təminatı üçün lazım olan bir zərurətdir. Müharibə olmasa yer üzərində qorxu, şiddət və ədalətsizlik hakim olardı. Uca Allah belə buyurur:

وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُو فَضْلٍ عَلَى الْعَالَم۪ينَ

“…Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.” (Bəqərə, 2/251)

Haqq uğruna Allah yolunda döyüşə girib, zalımları dəf etməyə çalışanlar olmasa insan hürriyyəti ortadan qalxar, şər qüvvələr insanları qula çevirərdi. Yer üzündə insanlar inandıqları kimi yaşaya bilməzdilər. Bu həqiqəti ifadə edən ayə belədir:

وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ ف۪يهَا اسْمُ اللّٰهِ كَث۪يرًاۜ وَلَيَنْصُرَنَّ اللّٰهُ مَنْ يَنْصُرُهُۜ اِنَّ اللّٰهَ لَقَوِيٌّ عَز۪يزٌ

“Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Həcc 22/40)

Quran, yeri gəldiyi vaxt döyüşməyi əmr edər; çünki döyüşmədiyiniz təqdirdə ortaya çıxacaq nəticələr daha faciəvi hal alır:

فَقَاتِلْ ف۪ي سَب۪يلِ اللّٰهِۚ لَا تُكَلَّفُ اِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِن۪ينَۚ عَسَى اللّٰهُ اَنْ يَكُفَّ بَأْسَ الَّذ۪ينَ كَفَرُواۜ وَاللّٰهُ اَشَدُّ بَأْسًا وَاَشَدُّ تَنْك۪يلًا

“Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.” (Nisə 4/84)

Döyüş əsnasında döyüşdən qaçmaq böyük günahdır. Çünki döyüş meydanından qaçmaq, siravi xalqı, qadın və uşaqları düşməninə təslim etməyi və nəticədə onları təcavüzə, ölümə məhkum etməyi gözə almaq deməkdir.

Qurana görə müharibənin təməl qayəsi fəsadı ortadan qaldırmaq və cəmiyyəti islah etməkdir. Uca Allah belə buyurur:

وَاِنْ طَٓائِفَتَانِ مِنَ الْمُؤْمِن۪ينَ اقْتَتَلُوا فَاَصْلِحُوا بَيْنَهُمَاۚ فَاِنْ بَغَتْ اِحْدٰيهُمَا عَلَى الْاُخْرٰى فَقَاتِلُوا الَّت۪ي تَبْغ۪ي حَتّٰى تَف۪ٓيءَ اِلٰٓى اَمْرِ اللّٰهِۚ فَاِنْ فَٓاءَتْ فَاَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَاَقْسِطُواۜ اِنَّ اللّٰهَ يُحِبُّ الْمُقْسِط۪ينَ

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə Allahın əmrinə qayıdanadək, vuruşun. Əgər qayıtsalar, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat 49/9)

Tam bu nöqtədə diqqətinizi çəkmək istədiyimiz xüsus, İslamda müharibənin əsas qayəsi insan öldürmək deyil, insanı yaşatmaq olduğudur. Yəni, döyüşlərdə eyni sizin kimi əli silahlı əsgərləri öldürürsüz, lakin döyüşmədiyiniz təqdirdə isə qadın, uşaq hər kəsin həyatı təhlükəyə girəcəkdir. Quranda insan həyatı, qorunması vacib “toxunulmaz/haram”[2] olan bir varlıqdır. Belə ki, Uca Allah, bir neçə günahsız insan həyatının təhlükəyə girməməsi üçün böyük bir fəthi/zəfəri ertələmişdir:

“Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.” (Fəth, 48/25)

Nəticə olaraq, Qurana görə müharibə, həyatın bir parçasıdır. Çünki, özünü müdafiə etmək, mülki şəxslərə əziyyət verənlərə və zülm edənlərə mane olmaq, hüzuru saxlamaq və insanların can güvənliyini təhlükəyə soxanların qarşısını almaq, fitri bir vəzifədir. İslam da fitrət dini olduğu üçün lazım olan şərtlərdə döyüşməyi fərz qılmışdır.

Hazırlayanlar: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyət üzvü: Dr. Fatih Orum, Dr. Yəhya Şenol, Ərdəm Uygan və Vədat Yılmaz.

[1] Bax: Rum 30/30.

[2] Bax: Fuqan 25/68.