Müsəlmanlar

“Qalu Bəla” hadisəsi nədir?

Sual: Bəzi müfəssirlər, Allah insanları yaratmadan qabaq onların ruhlarını yaratdığını və bu ruhlardan Özünə itaət etməkləri üçün söz aldığını deyirlər. Həqiqətən belə bir hadisə olubmu?

Cavab: Uca Allah, ilk insan olaraq Adəmi yaratdıqdan sonra ona ruh üflədiyindən bəhs edər.[1] Bilavasitə ilk əvvəl onun cismi yaradılmış və sonra ona ruhundan üfləmişdir. Sualınızda iddia edilən hadisəni aşağıdakı ayələrə əsaslandırırlar:

“Rəbbin, Adəm oğullarından onların bellərindən nəsillərini çıxartdığı vaxt onları özlərinə qarşı şahid tutmaq surətilə: “Mən sizin Rəbbiniz deyiləmmi?” deyir. Onlar da: “Bəli Rəbbimizsən. Biz buna şahidik” deyirlər. Artıq Qıyamət günü “Biz belə bir şeyin şüurunda deyildik”, – deyə bilməyəsiniz. Bunu da deyə bilməyəsiniz: “Əvvəlcədən şərik qoşanlar atalarımızdı. Biz onlardan sonra gələn nəsilik. O batilə yönələnlərin etdiklərinin ucbatından bizi yox edəcəksənmi?” Beləliklə, ayələrimizi belə açıq şəkildə başa salırıq ki, bəlkə, (haqqa) dönərlər.” (Əraf, 7/172-174)

Təfsir alimlərinin əksəriyyəti, bu dialoqun axirətdə olduğunu və bu ayələri insanların ruh hallarıyla əlaqəli hadisə üzərindən təfsir edərlər. Belə ki; guya insan yaradılmadan qabaq onların ruhları yaradılmış və onlara Rəbbimiz: “Mən sizin Rəbbiniz deyiləmmi?”- deyə sual vermiş və bütün ruhlar da “Qalu bəla=Bəli Sən bizim Rəbbimizsən”– deyə cavab vermişlər.

Din xadimləri tərəfindən uydurulan və xalq arasında “Qalu Bəla” deyə, məşhur olan bu hadisənin və bu cür yorumların heç bir sağlam əsası yoxdur. Çünki, heç bir insan ruhu belə bir hadisəni xatırlamır. Bilavasitə insan, heçbir vaxt xatırlamadığı bir sözə görə də cavabdeh deyildir.

Halbuki ayədə ifadə edilən, bir-birinin belindən gəlmək sürətilə dünyaya gələn Adəmoğulları yəni, insan nəsli xüsusilə yetkinlik yaşına çatana qədər “hardan gəldik? nə üçün gəldik və hara gedirik?” kimi suallarına cavab axtarır və yetkinliyə, özünü isbat etmə çağına gəldiyi zaman fitrətində olan bu həqiqəti (Allahdan gəldiyi, Allahın sınağından keçdiyi və Allaha dönəcəyi) anladığı bildirilir. Nəticədə bunu biruzə verərək, ayədə də bildirildiyi kimi buna şahidlik edərək “Qalu bəla=Bəli, bu kainatın Rəbbi Allahdır”– qənaətinə gəlir. Öz seçimini başqa istiqamətə yönləndirdiyi təqdirdə isə bu həqiqətin üstünü örtən biri olaraq “kafir” sayılır. Rəbbimiz də onların belə bir bəhanə irəli sürməmələri üçün: “…Biz belə bir şeyin şüurunda deyildik, deyə bilməyəsiniz.” ayəsi ilə əvvəlcədən xəbərdar edir.

Nəticə olaraq, ayədə; ağlı və ruh sağlığı yerində olan hər bir insanın Allahı bildiyi və Ona hər hansı bir şəkildə şərik qoşmağın əfv edilməyəcəyi xəbər verilir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı iki linkə tuşlayın:

Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir?

 

İnsan nə vaxt məsuliyyət daşıyır? Yetkinliklə, yoxsa rüşdlə?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] “Sonra onu müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş; sizə qulaqlar, gözlər və könüllər vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə, 9)