Müsəlmanlar

Təqva ilə Fitrət arasında nə cür bir əlaqə var?

Cavab: Təqva, ərəb dilində “qorunmaq”, “çəkinmək” mənalarına gəlir. Vücudumuza gələcək olan maddi və mənəvi zərərlərdən qorumağa çalışmaq, təqvadır.

Fitrət isə, “yaratmaq, “icad etmək” mənalarına gəlir. Yəni fitrət, hər bir şeyin təbii forması olduğu kimi vücudumuzun da təbii formasıdır. Ona hər hansı zərəri versən, həmin vücudda müəyyən nasazlıqlar baş verər. İstər maddi istər mənəvi olsun, bu cür nasazlıqlar, vücudun təbii halına yəni, fitrətimizə tərsdir. Bu səbəblə Quranda “Allah təqva sahiblərini sevər” buyurmaqdadır. Yəni, Allahın verdiyi təbbi halı o cümlədən yer üzündə xəlq etdiyi mövcud düzəni, qanunları qoruyur və ona xəyanət etməkdən, korlamaqdan çəkinir. Qurani Kərimdə Peyğəmbərimizə  Uca Allah belə buyurmaqdadır: “Sən üzünü doğruluqdan çaşmayan biri kimi üzünü dinə tərəf çevir! Allahın fitrətinə/xəlq etdiyi qanuna. O insanları ona görə yaratmışdır. Allahın yaratdığını əvəz edəcək bir şey yoxdur. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir” (Rum, 30).

Beləliklə, təqvalı olub/özünü qoruyan və fitrətinə/təbii dəyərlərinə sahib olan insanlar, həm Allah qatında dəyərli olur həm də insanlara qarşı xeyirxah olur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1982.html

https://www.muselmanlar.com/kuran-dersleri/6076.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.