Müsəlmanlar

Epidemiya səbəbilə və ya vəzifəsi başında ölənlər şəhid sayılırmı?

Cavab: Quran, iki cür ölüdən bəhs edər: Allah yolunda öldürülənlər və başqa bir çox səbəblərdən ölənlər. Bu ölənlər arasında Allahın sevgisinə nail olanlar da ola bilər, qəzəbinə düçar olanlar da…

Allah, Öz yolunda öldürülənlərə bir ayrıcalıq tanıyır və digərlərindən ayırır.

Xəstəlik, epidemiya və ya vəzifə başında ölənə öldürülmüş deyilməz. O, ölmüşdür. Şəhid olanlar, Haqq naminə mübarizə apardığı zaman öldürülənlərdir ki, bunun başında da şəhidlikdən əlavə onlara verilən xüsusi bir titul ilə xatırlanan “Allah yolunda öldürülənlər” gəlir.[1]

Təəssüf ki, ənənə dinin mənsubları Quranın xaricindəki mənbələri əsas alaraq, bir çox səbəblərdən ölmüş olanları şəhidlik cərgəsinə qatmaqda[2] və Allahın vermədiyi məqamı onlara verməkdədirlər. Bir mənada, Allahda olan səlahiyyəti özlərində görməkdədirlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavablara baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/7916.html

https://www.muselmanlar.com/fitvalar/3164.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Bəqərə, 154.

[2] Məsələn: Suda boğulan, dağdan düşən, doğarkən ölən, vəbadan ölən, cüzzamdan ölən, hafiz olan və s.