Müsəlmanlar

Dinin mənbəyinin tək olduğuna dair ən böyük dəlil nədir?

Sual: Dinimizin mənbəyinin təkcə Quran olduğuna dair dəliliniz nədir və bu vaxta qədər dinin mənbəyinin 4 olduğunu deyən alimlər səhv ediblərmi?

Cavab: Adəmdən günümüzə qədər gələn bütün ilahi dinlərin bir tək mənbəyi vardır. Bunun belə olduğunu biz, Əraf surəsi 3-ayəsində görməkdəyik:

“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Ona başqa vəlilər/rəblər əlavə edərək tabe olmayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.”

Bir başqa ayəsində: “Sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan.” (Zuxruf, 43).

Amma təəssüf ki, insanların çoxu (xüsusilə din xadimləri) Rəbbimizin bu tövsiyələrinə qulaq asmayaraq, özləri ilə Allah arasına səlahiyyətli gördükləri bəzi şəxsləri və onların yazdıqları əsərlərini dinin bir mənbəyi kimi təqdim etməkdə və Qurandan xəbərsiz insanları Allahın yolundan azdırmaqdadırlar. Elə aşağıdakı ayə onların bu hallarından xəbər verməkdədir:

“Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam­­lar üçün mərhəmət və ibrət vardır.” (Ənkəbud, 51)

Deyirsiz ki, bu vaxta qədər alimlər bunu bilmirdimi? Həmişə dediyimiz kimi, insanları azdırmaq üçün bilikli olmaq lazımdır. Haqqı bilənlər əlbəttə olmuşdur lakin, onların həm özlərini həm də əsərlərini hakim dairələr (din və dövlət xadimləri) ortadan qaldırmışdır. Əllərindən gəlsə ya da istədikləri şəriəti qursalar, bizi də ortadan qaldırarlar. Hələki belə bir fürsət əllərinə keçmədiyi üçün şərləməklə məşğuldurlar.

Sualınız: “Din və Fitrət Vəqfi Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Verdiyiniz sualın ətraflı cavabını aşağıdakı linkdə görə bilərsiniz:

https://www.muselmanlar.com/genel/11457.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.