Bü günə qədər heç kim bilmədi, bizmi bildik?
Ənənə dininin mənsublarına hər hansı bir fikir bəyan etdiyin zaman –bu fikir Qurana uyğun olsa da- həmişə bənzər bir sualla qarşılaşırıq: “Bu vaxta qədər heç kim bilmədi, sənmi bildin?”
Əslində belə bir sual tək onların deyil, hər kəsin ağlına gəlir və hər kəsi maraqlandıran sualdır. Eyni zamanda bu sual, bizdən əvvəl yaşayan möminlərə, alimlərə də verilmiş olmalıdır. Ümumiyyətlə, verilən suala nə qədər ayə ilə dəlil gətirilmiş olsa da ənənəvi dinin mənsublarının yenə: “14 əsrdi gəlib keçmiş milyarlarla mömin arasında bu günə qədər bu görüşü bəyan edən heç kim olmadı, bunu ilk dəfə siz deyirsiz, necə ola bilər ki, bu günə kimi heç kim bunu bilmədi təkcə siz bildiz?” –deyə, etiraz etdiklərini görürsüz. Belə bir etiraz və dəyərləndirmə yersiz və əsassızdır. Çünki, bizim 14 əsrdir gəlib keçmiş milyarlarla möminin nə dediyini bilməyimiz mümkün deyil. Bunu təkcə Allah bilir. Əgər “burada bütün möminlər deyil, təkcə alimlər və onların əsərləri” nəzərdə tutulursa, bu da səhvdir. Çünki, bizim 14 əsrdir gəlib keçmiş minlərlə alimin nə dediklərini bilməyimiz mümkün deyildir. Biz, təkcə əsərləri günümüzə qədər gəlib çatmış alimlərin nə dediklərini bilə bilərik. Əsərləri günümüzə qədər gəlib çatmayan (məhv edilən) alimlərin görüşləri necə olacaq? Bilavasitə -ənənəvi din mənsublarının- bu sualı yersiz və əsassız hökmündədir.
Bu məqaləmizin ana mövzusu ilk əsrlərdə rəsmi görüşlərə tərs olan bütün əsərlərin sistematik olaraq məhv edildiyi və bu səbəblə də keçmişdə yaşayan alimlərin nəyi deyib nəyi demədiklərini biləməyəcimizi göstərməkdir. Birazdan məhv edilən bu əsərlərə bəzi misallar veriləcək və bunun səbəbləri izah ediləcəkdir. Amma biz, bu ana mövzuya girmədən əvvəl “bu günə qədər heç kim bilmədi ilk dəfə sizmi bildiniz?” sualının Quran və hədis yönündən də əsassız olduğunu vurğulamaq istəyirik. Belə ki:
Keçmiş nəsillər, Quranın önündə nə qədər məsuliyyət daşıyırsa, biz də bir o qədər məsuliyyət daşıyırıq.[1] O halda Quranı başa düşmə mövzusunda ən az onlar qədər şansızım var deməkdir. Əksi təqdirdə, “məsuliyyət var amma imkan yoxdur” mənasına gələcəyi üçün ilahi ədalətə tərs düşər. Bilavasitə əvvəlki nəsillərin daha yaxşı başa düşdüyü xüsuslar ola bildiyi kimi, sonrakı nəsillərin daha yaxşı başa düşdüyü xüsuslar da ola bilər. Bu, Quranı başa düşmə mövzusunda göstərilən səyə/cəhdə bağlıdır. Belə ki, Nəbimizin vəda xütbəsindəki “Əshabım! Burada olanlar bu vəsiyyətimi burada olmayanlara çatdırsın. Ola bilər ki, burada olan bir kəs deyilənləri daha yaxşı başa düşən birinə çatdırmış ola.” ifadəsi, bu olasılığı gücləndirir. Əslində onun bu sözləri “De ki; Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.” (Ənam 6/19) buyruğunu yerinə gətirməkdən başqa bir şey deyildir.
Bir insanın nəyə qadir olacağını idrak edə bilməyən və “heç kim bilmədi sənmi bildin” deyə, məntiqsiz qarşılıq verənlərin Quran və hədis yönündən də bir dəlilə dayanmadıqlarını görməkdəyik. Bunu görmək üçün –nümunə olaraq- ilk əsrlərdə yaşamış Mütəzilə alimlərinin və rəsmi görüşlərə tərs olan əsərlərin başına gələnləri özətləyəcəyik.
Hicri II və III-cü əsrlərdə olduqca təsirli olan Mütəzilə alimləri özlərindən sonra minlərlə əsər buraxmış, lakin bunların demək olar ki, heç biri günümüzə gəlib çatmamışdır. Çünki hamısı –detalları aşağıda izah ediləcəyi üzrə- rəsmi görüşlərə tərs görüldüyü üçün sistematik şəkildə yox edilmişdir.
Yox edilən bu əsərlərin həqiqi həcmi tam olaraq bilinməsə də təxmin edilə bilməkdədir. Misal olaraq, aşağıdakı siyahıda ilk 6 əsrə aid ümumi 66 Mötəzili müfəssirin adları yer almaqdadır. Amma bunların içindən təfsiri günümüzə qədər gəlib çatan tək bir müfəssir vardır. O da ki, çox sonrakı bir dövrün 6-cı əsrin müfəssiri olan Zəmahşəridir. Digər 65 müfəssirin və xüsusilə də ilk 5 əsrə aid 62 müfəssirin günümüzə gəlib çatmış hər hansı bir təfsiri yoxdur. Çünki bu təfsirlər ortadan qaldırılmışdır.
İlk 6 əsrdəki Mötəzili müfəssirlərin adları və yaşadıqları əsrlər belədir.[2]
Hicri II-ci əsrdəki Mötəzilə müfəssirləri:
- Vasıl b. Ata
- əl-Fəzl b. İsa ər-Rakaşi
- Amr b. Ubeyd
- Musa b. Seyyar əl-Usvari
- Ömər əş-Şimməzi
Hicri III əsrdəki Mötəzilə müfəssirləri:
- Bişr əl-Mötəmir
- Əbu Hüzeyl əl-Əllaf
- Əbu Bəkr əl-Əssam
- Əbu Yaqub əl-Şəhham
- Cəfər b. Mübəşşir əs-Səqəfi
- Cəfər b. Harb əl-Həmdani
- Dırar b. Amr əl-Gazi
- Əl-Kasım əl-Rəssi
- Əl-Cahız
- Əbu Cəfər əl-Muradi
- Yəhya əl-Hadi
- Muhəmməd b. Ömər əl-Baxıli
- Amr b. Faid əl-Əsvari
- Əl-Kasım b. Halil əd-Dıməşqi
- Sahib əz-Zəfəran
Hicri IV əsirdəki Mötəzilə müfəssirləri
- Əbu Əli əl-Cübbai
- ən-Nəsirul-Kəbir
- Muhəmməd b. Zeyd əl-Vasıti
- Muhəmməd əl-Mürtəza
- Əbu Qasım əl-Bəlhi əl-Kabi
- Əbu Haşim əl-Cübbai
- Əbu Müslüm Muhəmməd b. Bəhr əl-İsfəhani
- Əbu Zeyd əl-Belhi
- Əhməd əl-Nasır
- İbnul-İhsid
- Əli əl-Qummi
- Əbu Bəkr əl-Bərdəi
- Əbu Bəkr əl-Nəqqaş
- Əl-Kəffal əl-Kəbir əş-Şaşi
- Əbu Abdullah əl-Bəsri ə-Cual
- Əbu Ömər b. Hallal
- İbn Şubr
- Ər-Rummani
- Əl-Mərzubani
- Abbad əl-Tarkani
- İbn Cirv əl-Mövsili
- Əli b. Abdüləziz əl-Cürcani
- Əl-Mansur əl-İyani
- Haris əl-Vərraq
- İbn Bundar əl-Qazvini
Hicri V əsrdəki Mötəzilə müfəssirləri:
- Əl-Mehdi əl-İyani
- əş-Şərif ər Razi
- İbn Əbi Allan
- əş-Şeyh əl-Müfid
- əl-Gazi Abdülcabbar
- əl-Xatib əl-İsqafi
- Əbul-Qasım əl-Busti
- Əş-Şərif əl-Murtəza
- Əbu Rəşid ən-Neysaburi
- Ən-Nasır əd-Deyləmi
- Əbu Sad əs-Səmman
- Əbu Mülüm ibn Məhrəbzud əl-İsfəhani
- Əbu Yəla əl-Cəfəri
- Əli b. əl-Həsən əl-Sandali
- Əbu Yusif əl-Qazvini
- Əl-Hakim əl-Cüşəmi
- Əli b. Muhəmməd ər-Rəssi
Hicri VI əsrdəki mötəzilə müfəssirləri:
- Əz-Zəmahşəri
- Əli əl-İmrani
- Əbul Fəzl əl-Bakkali
- Nəşvan əl-Hımyeri
Görüldüyü kimi ilk 6 əsr içində yaşayan ən məşhur Mötəzili müfəssir sayısı ən az 66-dır. Bir də bunların xaricində Mötəzilə alimlərinin görüşlərini mənimsəyən yüzlərlə başqa müfəssirlər də vardır.[3] Bu alimlər, həcmi minlərlə cilddən ibarət kitablar/təfsirlər yazmışlar. Lakin nə onların nə də II, III, IV və V əsrlərdə yazılan bu əsərlərin heç biri günümüzə gəlib çatmamışdır. Çünki, hamısı sistemli bir şəkildə ortadan qaldırılıb, yox edilmişdir. Bütün bunların səbəbi nə idi və niyə belə etmişlər?
Bunun üçün tarixi proseslərə -xüsusilə də Mötəzilə tarixinə- qısaca göz atmağımız lazımdır.
Mötəzilənin ortaya çıxması, yüksəlməsi və yox edilməsi
Mötəzilə, hicri ikinci əsrin başlarında ortaya çıxmış bir kəlam ekoludur. Məzhəbin qurucusu 80/699 ilində Mədinədə anadan olan Tabiin alimlərindən Vasıl b. Ata olmuşdur. Vasıl ilk təhsilini Mədinədə İmam Əlinin oğlu Əbu Haşimdən almış, sonra isə Bəsrəyə gedərək, Həsən əl Bəsrinin dərslərinə qatılmışdır. Məzhəbinin ortaya çıxması Əməvi hakimiyyətinin son illərində olsa da inkişafı və təsiri Abbasilər dövründə olmuşdur.[4]
Mötəzilə, özlərinə aid bütün qeyri-qanuni icraatları Allahın iradəsinə və təqdirinə bağlayan, insana aid bütün feillərin Allahın təqdiri ilə meydana gəldiyini, bilavasitə idarəçilərə aid hər icraatın da əslində Allahın dəyişməz təqdirinin bir təzahürü olduğunu diktə edən, yəni cəbri ideologiyasını xalqa yeritməyə çalışan Əməvi hakimiyyətinə qarşı insanın hürriyyətini müfadiə edən qeyrətli bir siyasi müxalifət hərəkətidir. Daha doğrusu belə bir müxalifət təməlində inkişaf etmiş kəlami bir ekoldur.[5]
Əməvi soltanları ilə Mötəzilə alimləri arasındakı gərginlik Vasıl b. Atadan əvvəl başlamışdı. Belə ki, bunun izlərini Vasılın müəllimi olan Həsən Bəsri ilə hicri 75-86 illər arasında hakimiyyətdə olan Abdülməlik b. Mərvan arasındakı məktublaşmada da görürük.[6] Amma bu gərginlik sonrakı dövrlərdə daha fərqli bir şəkil alaraq –izah ediləcəyi üzrə- məşhur Mihnə hadisələrinin yaşanmasına səbəbiyyət vermişdir.
Məzhəb, ilk dövrlərdə Vasıl b. Ata və Amr b. Ubeyd tərəfindən təmsil edilirdi. Məzhəbin qurucusu olan Vasıl b. Ata eyni zamanda fəal bir İslam dəvətçisidir. Öndə gələn Tabiin alimlərindəndir. Xitabət və bəlağatı ilə məşhur olan Vasıl, az danışması, təqvası və güclü mühakiməsi ilə diqqət çəkmişdi. Yazdığı əsərlərini və yetişdirdiyi tələbələrini, İran, Hindistan və Afrika kimi bölgələrə göndərmişdir. Vasıl, 131/748-ci ildə Abbasi qiyamından bir il qabaq vəfat etmişdir.[7]
Mötəzilə, əsas etibarilə 1) tövhid, 2) ədalət, 3) vəd-vaid, 4) əl-mənzilə beynəl-mənziləteyn və 5) əmr bil-məruf nəhy anil-münkərdən ibarət beş əsas prinsip üzərinə qurulmuş bir məzhəbdir. Mötəzili alimlər Əməvi soltanlarına qarşı əmr bil-mərub və nəhy anil-münkəri/yaxşılığı əmr etmək və pislikdən uzaqlaşdırma prinsipini həyata keçirmiş və onların onların hakimiyyətlərini məşru görmədikləri kimi, onlarla birgə çalışmağı da qəbul etməmişlər.[8]
Mötəzilə, Vasıl b. Amrdan sonra tədricən kəlami bir ekol halına dönüşdü. Məzhəb, Abbasi hakimiyyətinin ilk əsrində İslamdan uzaq qruplara qarşı təsirli bir mübarizə sərgilədi. Xüsusilə xəlifə Məmun (ö. 218/833) illərdə Maniheizm və Sabiilik kimi gnostik xarakterli müxtəlif dini cərəyanlara qarşı İslam əqidəsini müvəffəqiyyətlə müdafiə etdi. Bu da məzhəbin entelektüel çevrələrdəki etibarını artırdı. Hətta məzhəb bu sayədə Abbasi sarayında əsas yerini aldı. Siyasi idarənin dəstəyini alınca daha da tez yayıldı.[9] O dövrün müxtəlif inanc və firqələrindən -İslama qarşı- atılan tənqidləri inandırıcı bir şəkildə ancaq Mötəzili alimlər cavablandıra bilirdi. Mötəzilə bu sayədə Abbasilərin ilk yüz ilində həm xalq həm də dövlət nəzdində “qızıl əsrini” yaşadı. Hətta h. 198-232 illərində dövlətin rəsmi məzhəbi oldu. Lakin, Mötəzilənin sonunu hazırlayan dövr də -Mihnə hadisələri səbəbilə- bu hakimiyyət dövründə başlamış oldu.[10]
Hicri III-ci əsrdə Abbasi soltanı Mütəvəkkilin 232/846 ilində taxta keçməsilə Mötəzilə tarix səhnəsindən silinməyə üz tutdu. Bunun əsas səbəblərindən biri; Mötəzilənin “Quranın məxluq/yaradılmış” olduğu görüşünü rəsmi orqanlar tərəfindən xalqa zorla diktə etməyə çalışmasıdır. “Mihnə hadisəsi”[11] deyə bilinən bu müddət ərzində bir başqa səbəb; Əhməd b. Hənbəl (ö.241) kimi dövrün rəsmi görüşünə qarşı çıxan bir çox alimin məhkum edilməsi və işgəncə görməsini əlavə edə bilərik. Bütün bunlar Mötəziləyə qarşı mənfi bir reaksiya doğurdu. Bu səbəblə Mütəvəkkil, ilk olaraq Mihnə hadislərində həpsə atılanları azad etdi. O dövrdə yayğın olan –xüsusilə də kəlami mübahisələri- qadağan etdi.
Mütəvəkkil, “əshabul hədisi/hədisçiləri” yanına toplayaraq daha əvvəl Mötəzilənin irəli sürdüyü görüşlərə müxalif olacaq şəkildə hədis nəql edilməsini əmr etdi. Mötəziləyə qarşı hədis uyduranlara maaş bağladı. Kəlam məsələlərini danışmaq, bir kəlamçının arxasında namaz qılmaq və onları dost tutmaq qadağan edildi. Mötəzilə əqidəsinə mənsub olanları vəzifədən ixrac etdi və mallarına əl qoydu. Onların yerinə Mötəzilə düşüncəsinə zidd olan insanlar gətirildi. Xüsusilə -Mihnədən zərər görən- Əhməd b. Hənbəl kimi isimlər məşhur oldu. Bu dəfə Mötəzili görüş sahipləri həps edilməyə başlandı. Keçmiş Mötəzili vəzir ibn Ziyad (ö. 233/847) işkəncə ilə öldürüldü. Əhli Sünnət, bir mənalı olaraq Əshabul hədisin/hədisçilərin əlinə keçdi.[12] Kəlam əhlinə qarşı əsərlər yazıldı. Öz düşüncələrində olmayanlar ittiham edildi və ölümlə cəzalandırıldı. Kindi (ö.252/867) kimi alimlər Abbasi sarayından uzaqlaşdırıldı. Xarici dildəki əsərlərin tərcüməsi qadağan edildi. Ərəb olmayanları Məvali[13] sinifi deyə bir sinifə ayırdılar. Elm adamlarının çoxu ölkədən sürgün edildi. Beləcə Bağdaddakı elm adamları da ölkəni yavaş-yavaş tərk etməyə başladılar.[14]
Abbasilər, Mötəziləyə qarşı yeni bir hədis ədəbiyyatı meydana gətirdilər. Onların bütün əsərləri yox edildi. Tədris sahəsində və xalq arasında Mötəzili fikirləri aşağılayacaq hər cür yola baş vuruldu. Hənbəlilər tərəfindən Cəhmiyyə sifəti verilərək pisləndi.[15]
Qısaca, Hakimiyyəti ələ keçirən və özünü Sələfi-Sünni adlandıran (həşəvi/hədisçi) hərəkatı bütün rəsmi və qeyri rəsmi ittihamların vəbalını Mötəzilədə gördü. Beləliklə, Mötəzilə kimi təqliddən uzaq, azad və hür bir düşüncə tarixə gömülmüş oldu. Nəticədə Mihnə və qarşı Mihnə dövrü təkcə Mötəzilənin deyil, İslam düşüncəsinin tarixi seyrini də dərindən yaralayan bir dövrü bərabərində gətirdi.[16]
Əşarilik, Səlcuqlu vəziri Nizamül-Mülk tərəfindən Bağdad və Nisaburda qurulan Nizamiyyə mədrəsələrində dövlətin rəsmi inancı, məzhəbi olaraq qəbul edilincə (h. 455) digər məzhəblərlə bərabər Mötəzilə də tamamilə rədd edildi. Vaxtilə Xorasan bölgəsinə sığınmış və orada yetişmiş Gazi Abdülcabbar (ö. 415) və Zəmahşərinin (ö. 538) təfsiri xaric, Mötəzilənin bütün əsərləri bu mədrəsinin təlimatıyla ortadan qaldırılır.[17]
Mötəzili Alimlər və Əsərləri
Mötəzilə alimlərinin çoxu dil və ədəbiyyat sahəsinə əhəmiyyət verən, nassı/ayələri ağılla mühakimə edən, ibadətə düşkün, zahid və mütəfəkkir kəlam alimləri idi. Onların ən mühüm xüsusiyyətlərindən biri Quran üzərində yoğunlaşmaları idi. Bir mövzuda nəqli dəlil gətirdikləri zaman bunun mütləq Qurandan olmasına diqqət yetirirdilər.[18] Lakin buna baxmayaraq Mötəzilə alimləri haqqında ənənəvi İslam mənbələrində onlar haqda xoş sözlərdən bəhs edilməz. Çünki Mötəziləyə dair düşüncələr, onun müxalifi olan (əhli Sünnə) müəlliflərin əsərlərində yer almaqdadır.[19] Bilavasitə, Mötəzilə haqqında yazılanların böyük əksəriyyəti, Mötəzilənin müxalifləri tərəfindən qeydə alınmışdır.
Mötəzili alimlərindən el-Belhi, İbn Nədim, Gazi Abdülcabbar, Hakim əl Cüşeymi və İbn Mürtəza kimi bir çox alimlər, Quranda çox bəhs edilən “əmr bil məruf və anil münkər/yaxşılığı əmr etmək və pislikdən uzaqlaşdırmaq” barədə minlərlə cild əsərlər vermiş lakin, bu əsərlərin böyük əksəriyyəti günümüzə gəlib çatmamışdır.[20] Çünki, bu əsərlər mövcud dövrün diktatorları tərəfindən yox edilmişdir.
Mötəzilə alimləri təfsir sahəsində də yüzlərlə əsər qələmə almışlar. Bu əsərlərin bir qismi Monqolların işğalı nəticəsində yandırılıb yox edilmiş, qalan hissəsi də ənənəvi İslam dini fanatikləri tərəfindən ortadan qaldırılmışdır. Məsələn, Abdurrrahman ibn Gaysan əl Əsammın (ö. 200/816) “Təfsirul Quran” adlı əsərini İbn Həcər, Davudi və İbn Nədim öz əsərlərində “çox gözəl bir təfsir” deyə məth etmişlər. İbn Nədim, Əsammın təfsir, fiqh, kəlam, məzhəb və dinlər tarixinə dair 27 əsərindən bəhs edər. Əl-Cahız (ö. 255/869), təkcə Mötəzilənin deyil, Ərəb ədəbiyyatının da ən böyük nəsr alimlərindən olmuşdur. Ən-Nazzamın (221/836), Quran, Tövrat, İncil və Zəburu əzbərlədiyi, təfsir, hədis və ədəbiyyatda məşhur olduğu, Aristoteli öz kitabının əslindən oxuyaraq tənqid etdiyi rəvayət edilməkdədir. əl Malati, Mötəzilə alimlərinin yer üzünü kitablarla doldurduğunu, məsələn; Əbu Əli əl Cübbainin yüz cildlik bir təfsir kitabı yazdığını qeyd etməkdədir. Amma təəssüf ki, bunların heç biri günümüzə gəlib çatmamışdır.[21]
Mötəzilə alimləri tərəfindən qələmə alınan və həcmi minlərlə cildə çatan bu əsərlərə çox təəssüf ki, bu gün sahib deyilik. Çünki, məzhəb təəssübü səbəbilə bu əsərlər sistemli bir şəkildə yox edilmişdir. Yox edilən bu əsərlərin nə qədər möhtəşəm bir həcmə sahib olduğunu görmək və vəziyyətin nə qədər dəhşətli bir hal aldığını başa düşmək üçün bu əsərlərin siyahısına tarix kitablarında baxmaq və xüsusilə də İbn Nədimin “əl-Fihrist”inə göz atmaq kifayətdir.[22]
Mötəzilənin Ayrıcalığı
Təfsir sahəsində çalışanların təhlillərinə görə İslam təfsir ədəbiyyatı, xüsusilə də Sünni təfsirlər, Quranı anlama və yorumlama fəaliyyətlərində, öz anladıqlarından daha çox keçmişdəkilərin nə anladıqlarını –çox vaxtı yorumsuz bir şəkildə- çatdırmağa çalışmışlar. “Sələfin sözü üstünə söz deyilməz” havasında olan bu anlayış səbəbilə, Quranı təfsir edəndə daha əvvəl deyilənlərə müxalif bir şey deməyin hardasa təhrif olaraq qəbul edilməsinə səbəb olmuş və bundan ötrü də -xüsusilə Sünni ənənədə- böyük ölçüdə bir birinin təkrarı mahiyyətində yüzlərlə təfsir yazılmasına səbəb olmuşdur.[23] Yəni, keçmişdən günümüzə qədər gəlib bizə çatan Sünni təfsirlərin hamısı, əslində bir birlərinin təkrarı mahiyyətində olan tək bir təfsir kimidir.
Buna qarşı bizə gəlib çatan tək Mötəzili təfsir “əl-Kəşşaf”, olduqca özünə xas bir ayrıcalığı olan bir təfsir olduğunu müxalifləri belə etiraf etməkdədir. Zəmahşərinin əl-Kəşşaf adlı əsəri yazıldığı zamandan etibarən bütün təfsirlərin diqqətini çəkmişdir. Xüsusilə də ayələrin dil və bəlağat qaydaları diqqətə alınaraq yorumlanması, məcaz mənası ehtiva edən bir çox Qurani terin və deyimlərin mükəmməl bir şəkildə izah edilməsi, Quranı ecaz və ədəbi üslubunun gözəlliyini ortaya qoyması kimi xüsusiyyətləri səbəbilə çox geniş çevrədə hətta Sünni müfəssirlər tərəfindən mənimsənmişdir.[24]
Diqqətinizi çəkəcəyim xüsus: Olduqca gec bir dövrə (H.6) aid bir Mötəzili əsər/təfsir, bu qədər ayrıcalığa sahib isə bu ekolun qabaqcılları tərəfindən hicri II, III və IV əsrlərdə yazılan əsərlər/təfsirlər görəsən nə qədər böyük əhəmiyyətə sahib idilər? Bunlar yox edildiyi üçün görəsən bir nələr itirmişik?
Bizə görə -nə qədər xüsusiliyi olsa da- heç bir bəşəri əsər, Quranın anlaşılması üçün yeganə mənbə deyildir. Amma bu əsərlərin yox edilərək, təkcə rəsmi görüşləri yansıdan əsərlərin bizə gəlib çatması, ilk əsrlərdə meydana çıxan İslami ədəbiyyatın əksəriyyətini görməyi əngəlləmişdir. Xüsusilə də bu rəsmi əsərlərin bizə təqdim etdiyi xətaları seçməyə də mane olmuşdur. Beləliklə Qurana müxalif yorumların olduğu homogen (tək tip) bir ədəbiyyatın meydana çıxmasına səbəb olmuşdur. Daha da pisi, bizə gəlib çatan bu rəsmi və məhdud ədəbiyyatın “İslam” zənn edilməsinə yol açmışdır. Bu səbəblədir ki, bu ənənədə yer alan Qurana tərs məlumatlar muhakimə edilməmişdir. Çünki bunları muhakimə edənlər, “bu günə kimi heç kim bilmədi, sənmi bildin?” sualı ilə qarşılaşmış və hətta İslamı təhrif etməklə ittiham edilmişlər.
Halbuki, bu görüşlərə etiraz edən və Qurani həqiqətləri dilə gətirən yüzlərlə/minlərlə alim, əvvəlki dövrlərdə də daim olmuşlar. Amma rəsmi/hakim görüşə tərs əsərlər yox edildiyi üçün bunlar bizim tərəfimizdən bilinməməkdədir. O cümlədən bir çox alimlər, əsərləriylə birlikdə müxtəlif bəhanə və iftiralarla ortadan qaldırılmışlar. Beləliklə, rəsmi çevrələrin təqdim etdikləri həqiqətə qarşı çıxan başqa alimlər olmadığı hissiyatı/təəssüratı yaratmışlar. Halbuki, keçmiş alimlər də bizim gördüyümüz həqiqətləri görmüş və əsərlərində qələmə almışlar. Amma onların bu əsərlərini görmək bizə qismət olmamışdır.
Nəticə və Dəyərləndirmə
Bizim bu məqalədəki məqsədimiz Mötəzilə heyranlığı yaratmaq deyil. Tarixdə yaşananları və xüsusilə də həcmi ümumiyyətlə minlərlə cild olan rəsmi görüşlərə tərs yüzlərlə kitabın sistemli şəkildə yox edildiyini Mötəzilə nümunəsi üzərindən izah etməkdir. Necə olsa nəticə etibarilə Mötəzilə də bir məzhəbdir. Yəni, xətları vı doğruları olan bəşəri bir ekoldur. Amma olduqca ayrıcalığı olan bir ekoldur. Ən əsası da qabaqcıl isimlərinin Qurana hakim olduqları və ilk əsrlərdə həm müsəlman xalq həm də hakimiyyət tərəfindən mötəbər qəbul edilmələridir. Lakin siyasi hakimiyyət dəyişincə -müsəlmanlar arasında ən mötəbər olan bu məzhəb- bir anda sapıq damğası almış və alimləri sürgün, əsərləri də yox edilmişdir. İslam məzhəblər tarixində çox mühüm bir yerə sahib olan bu məzhəb, tarixi proses içərisində yox olub getmişdir. Belə demək doğruysa, zincirin ilk halqaları qoparılmışdır.
Beləliklə, -mühtəvası düz və ya səhv, nə olur olsun- Mötəzili alimlərinin əsərləri tapılmadığı müddətcə (ki, artıq bu mümkün görülmür) “biz, keçmişdəki bütün alimlərin nə dediyini bilirik” mənasına gələn hər söz boş bir kəlamdan başqa bir şey deyildir. Qaldı ki, biz bu yox etmə prosesinin təkcə Mötəzili alimlərin əsərlərinə məxsus bir hal olduğunu da demirik. Bilavasitə biz, bu prosesin, rəsmi görüşlərə tərs görülən bütün alimlərin və əsərlərinin sistemli olaraq yox edildiyindən bəhs edirik. Çünki, günümüzə qədər gələn bütün rəsmi görüşləri nəql edən əsərlər, Qurana tərs mövzularda (Nəbi və Rəsul nümunəsində olduğu kimi) demək olar ki, eyni xətaları işləmişlər. İncələdiyimiz əsər sahiblərinin hər hansı bir səhv görüşdə hamısının eyni yolu izlədiklərini görməkdəyik ki, bu da bizə onların eyni gücdən və eyni mənbədən bəsləndiklərinə əsas verir.
Bunu da qeyd edək ki biz, “yox edilən əsərlərin ehtiva etdiyi bütün məlumatlar doğru idi” iddiasını daşımırıq. Bəşəri bir keyfiyyətə sahib olduqları üçün əlbəttə xətaları da vardır. Buna görə də heç kimsə keçmişdəki alimlərin dediklərinə tam olaraq vaqif ola bilməz. Demək istədiyimiz budur.
Nə var ki, yox edilən əsərlər, əgər Həsən əl-Bəsrinin “Qədər Risaləsi” kimi bir mühtəvaya sahib olsaydılar (ki bu risalə Allahın bir lütfü olaraq yox edilməmiş və bizə qədər gəlib çatmışdır),[25] Qurana uyğun çox sayıda əsərlərin də varlığına dəlalət edərdi. Necə ki, əlimizdə çox sayıda sübut olmasa da biz buna inanmaqdayıq. Bütün bunları nəzərə alaraq, nə biz: “bu günə qədər heç kim bilmədi ancaq biz bildik” deməyə haqqımız, nə də bunun əksini iddia edənlərin: “bundan qabaq heç kim bilmədi təkcə siz bildiniz?” sualını yönəltmələrinin heç bir əsası və məntiqi yoxdur.
Bizim bir müsəman olaraq, hakimimiz hər yönüylə Quran olmalıdır.[26] Bu səbəblə -istəyir əsərləri bizə gəlib çatsın, istəyir çatmasın- Qurandakı həqiqətləri dilə gətirən alimlər əlbəttə ki, keçmişdə də mövcud olmuşlar. Bunun əksini iddia etmək; Quranın müəyyən dövrlərdə başa düşüldüyü amma bəzi dövrlərdə başa düşülmədiyi mənasına gələcəyi üçün, belə bir anlayış yol verilməzdir. Çünki Quran, hansı dövrdə yaşamasından asılı olmayaraq, ağlını işlədən və düşünən hər bir insan tərəfindən başa düşüləcək bir kitabdır.[27] Hər dövrdə də Qurandan doğru və səhv hökm çıxaran alimlər, mövcud olmuşdur.
Müəllif: Professor Zəki BAYRAKTAR.
MƏNBƏ:
[1] “Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.” (Ənam, 6/19); De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm…” (Əraf, 8/158).
[2] Mustafa Bilgin,Təfsirdə Mötəzilə Ekolü,Basılmamış Doktora Tezi, Uludağ Üniversiteti Sosyal Bilimlər İnstitüsü, Təfsir-Hədis Anabilim Dalı, Bursa, 1991.
[3] Bilgin, e.q.ə., s.64-252
[4] Hüseyin Hansu, İslam Düşüncəsinin Öncü Okulu: Mötəzilə, Bilgə Adamlar Dərgisi, 2008, Sayı:19-20.
[5] Mustafa Öztürk, Əbu Müslüm əl-İsfahani Örnəyi Üzərindən Quranın Mötəzilə Yorumu, Ankara Okulu yayınları, 2015, Ankara, s.10.
[6] Bu barədə daha ətraflı məlumatı, “Qədər Risaləsi üzərinə Həsən Bəsrinin Sünnə anlayışı” başlıqlı məqaləmizdə görə bilərsiz.
[7] Hansu, e.q.ə., ,s.1
[8] Öztürk, e.q.ə., ,s.11
[9] Öztürk, e.q.ə., ,s.13-14.
[10] Hansu, e.q.ə., ,s. 2,3.
[11] Mihnə, imtahana çəkib əziyyətə məruz buraxmaq mənasına gəlir. (Lisanul-Ərəb, “mḥn” md.)
[12] Əslində bu vəziyyət hal-hazırda da davam etməkdədir.
[13] Məvali, “azad edilən qul, sonradan qatılan” mənasında ərəb olmayanlara verilən ümumi bir addır. Ərəb milliyətçiliyindən qaynaqlanan və sonradan ərəb olmayanları aşağılamaq və ayırmaq üçün işlədilmişdir.
[14] Məhmət Əzimli, İslamın Özgürlükçü Yorumunun İqtidarla İmtahanı, İslami yorum dərgisi.
[15] Məhmət Əzimli, e.q.ə, s. 8.
[16] Məhmət Əzimli, e.q.ə, s. 9.
[17] Hansu, e.q.ə., ,s. 3.
[18] İlyas Çələbi, Mötəzilə, DİA, 2006, c. 31, s.391-401.
[19] Öztürk, e.q.ə., ,s.15-16.
[20]İlyas Çələbi, Mötəzilə, DİA, 2006, c. 31, s.391-401.
[21] Yusuf Şevki Yavuz, Əbu Bəkr Abdurrahman b. Keysan əl-Əsamm, Diyanet İslam Ansiklopediyası, c. 11,s.311-355.
[22] Muhamməd b. İshaq ən-Nədim, əl-Fihrist, Çıra yayınları,İstanbul,2017 s.433-477
[23] Öztürk, e.q.ə., ,s. 80.
[24] Öztürk, e.q.ə., ,s. 25.
[25] Zəki Bayrakdar, Həsən əl-Bəsrinin Sünnə Anlayışı, Kitab və Hikmet Dərgisi, 2018, 20 sayısı, s.42-49
[26] Bax: Ənam, 6/114.
[27] Bax: Yusuf 12/2, Zümər39/27,28, Zuxruf 43/3.