Müsəlmanlar

Həşəratlar və sürünənlər kimi iyrənc şeyləri yemək halaldır?

Sual: Bəzi insanlar, “Quranda it, pişik, həşərat və ilan kimi sürünən heyvanların hətta iyrənc olan bir çox şeylərin yeyilməsi haram buyurlmayıb. Onda gərək biz bunları yeyək?”- deyirlər. Bu haqda nə deyə bilərsiz?

Cavab: İlk əvvəl biz də bunu soruşaq: İyrənc olması kimə görədir?

Bizə görə iyrənc olan bəzi yiyəcəklər, dünyanın bir çox bölgəsində yaşayan milyonlarla insana çox ləzzətli ola bilər. Demək ki, əsas olan bir yiyəcəyin iyrənc olması deyil, Allah tərəfindən haram buyurulmasıdır. Məsələn, vaxtilə nəbimizin qabağına qoyulan bir yeməyin iyi nəbimizə iyrənc gəlir və soruşur ki, bu nədir? Səhabə cavabında kərtənkələ olduğunu deyir. Bunu eşidən nəbimiz geri çəkilib, xoşnutsuzluğunu ifadə edir. Bunu görən səhabədən Xalid b. Vəlid, ey Allahın elçisi! “Bu yediyimiz harammı?” deyə, soruşur. Nəbimiz, “Xeyr, haram deyil. Lakin ilk dəfə süfrədə gördüyüm üçün bu reaksiyanı verdim” deyə, cavab verir. Səhabə o zaman oldu, əgər haram deyilsə, biz yeyəcəyik deyib, yeyirlər.

Nəticədə səhabə yeyir lakin, nəbimiz yemir. Ayrıca bir çox rəvayətlərdə: “Mən nə kərtənkələni yeyən, nə də onu haram edən deyiləm.”[1]– deyir.

Allah, haram deməmiş və biz də haram olmadığını dediyimiz üçün, bəziləri bu iyrən şeyləri mütləq yemək lazım olduğunu başa düşürlər. Yəni, haram olmayan hər bir şeyi yemək məcburiyyətində deyilsiniz. Sən yeməzsən bir başqası yeyər.

Haram və halal olan şey, dünyada yaşayan bütün insanlara haramdır. Çünki, dinimiz beynəlxalq və hər kəsə lazım olan bir dindir. Qəbul edən bu haram və halallara rəayət edəcək, etməyən də öz seçimini edəcəkdir.

Bir də əlavə olaraq bunu da qeyd edək ki, Allah, yeyəcəklər üçün insanlara ən gözəl heyvani qidaları “ənam”[2] cinsindən seçmişdir. Lakin bu o demək deyil ki, digər heyvanları yeməyi qadağan etmişdir. Qadağan edilənlər Quranda açıq şəkildə ifadə edilənlərdir.[3]

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6615.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Buxari, Zəbaih, 33; Müslüm, 40; İbn Macə, həd. 3242.

[2] Ev heyvanları, xüsusilə; “İnək, dəvə, qoyun və keçi cinsi”.

[3] Bax: Ənam, 6/145.