Cavab: Məlum olduğu kimi, peyğəmbərimizə (s. a. v.) qarşı çoxlu planlar qurulub. Onu öldürmək üçün sui-qəsd hazırlanıb. Misal üçün, Muhəmməd peyğəmbəri (s. a. v.) Xeybərdə zəhərləmək istəyiblər. Allah isə onu hər dəfə bunlardan qoruyub.
Lakin, peyğəmbərimizə ovsun, cadu edildiyinə dair yayılan şayiələrin Quranda heç bir əsli əsası yoxdur. Bu barədə hədis mənbələrində müxtəlif cür rəvayətlər nəql edilir. Bu rəvayətlərdəki hadisənin ümumi məğzi belədir:
Yahudilərdən Lebid b. Asam adında biri; Peyğəmbərimizin saçlarından bir neçə tel oğurladı. Ona düyüm salıb, üfürdü. Bu düyümlənmiş və üfürülmüş tükləri bir quyunun dibindəki daşın altına yerləşdirdi.
Sehrin təsiri ilə peyğəmbərimiz xəstələndi. Belə ki, yemək-içməkdən, cinsi əlaqədən kəsildi. Artıq nə dediyini bilməyəcək hala gəldi. Sonra Cəbrail əleyhissəlam gəlib, quyuya atılan bu düyümü çıxardı və düyümü açdıqca müvazinəteyn surələrini (Fələq və Nas) oxudu, bununla da peyğəmbərimiz əvvəlki sağlığına qovuşdu.”
Bu hədis Buxari, İbn Hənbəl kimi əhli sünnənin səhih saydığı mənbələrdə keçər.
Belə bir hadisənin olduğuna inanmaq, Məkkə müşriklərinin peyğəmbərimiz haqqındakı iddialarını təsdiq etməyə bənzəyir. Çünki, Quranda Məkkə müşrikləri peyğəmbərimiz haqqında belə deyirdilər: “Məgər biz cinlənmiş bir şairə görə ilahlarımızı tərk edəcəyik?” (Saffat 37/36)
Bu kimi Qurana zidd hədislər Məkkə müşriklərinin iddialarını sizcə haqlı çıxarmır?
Ənənəvi dinin mənsubları, öz iddialarına əsas gətirmək üçün Qurandakı müvazinəteyn surələrini dəlil gətirməkdə və bu surələrdə keçən: “وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَد” ayəsinə “düyümlərə üfürənlərin şərrindən” deyə məna vermişlər. Halbuki, ayənin əsl mənası belə olmalıdır: Münasibətlərə fəsad qarışdıranların şərrindən, (Fələq, 4)
Bu surələri oxuyanda biz, əlbəttə münasibətlərə fəsad qatan insanların və cinlərin şərrindən Allaha sığınacayıq. Lakin bu sığınacağımız işlər, cadu, sehr, ovsun deyil, çünki bunların dinimizdə bir yeri yoxdur. Bu sığınacağımız işlər; insanların və cinlərin bizim bildiyimiz vəsvəsələrdən, dedi-qodulardan, Allahdan və insanlarla qurulacaq yaxşı işlərdən uzaqlaşdıracaq işlərdir.
Beləliklə, surələrin oxunma məqsədinə və məsələyə bu cür yanaşmaq lazımdır.
Peyğəmbərimizə cadu olunub, ovsunlanıb kimi iddiaların isə Quranda hər hansı bir əsası yoxdur və bunlar sonradan peyğəmbərimizə atılan iftiralardan ibarətdir.
Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.