Müsəlmanlar

Cümə namazı nə üçün iki rükət qılınır?

Sual: Günorta namazını 4 rükət qıldığımız təqdirdə, niyə Cümə namazını 4 deyil, 2 rükət qılırıq?

Cavab: Çünki günorta namazı Cümə namazı deyil. Mən başa düşə bilmirəm, niyə insanlar bir şeylər qarışdırmaq üçün belə əsassız fikirlərə düşürlər. İnsan bir şeyi iddia edəndə gərək iddiasına dəlil gətirsin. Yəni Nəbimizdən bu yana iki rükət qılınan Cümə namazını dörd qıldığına dair bir tək dəlil demirəm, işarə belə varmı? Bu kimi şeylərin arxasına düşənlərin çoxunun niyyəti, dinimizdə qarışıqlıq və şübhə salmaq olduğunu çox yaxşı bilirik. “Mən belə başa düşürəm”, “mənə görə belədir” kimi sözlər sadəcə zənndən ibarətdir ki, zənnin də çoxu batildir.

Yenə də biz cavab verməyə çalışaq: Cümə surəsinin 9-cu ayəsində Cümə günü Cümə namazına çağırış nə üçündür? “Allahın zikrinə gəlin!” yəni, Xütbəyə gəlin. Günorta namazından fərqli olaraq, Cümə günü Allahın zikrinə “xütbə” də əlavə edilmiş olur. Əlavə edilən bu xütbədən sonra iki rükət də namaz qılınır. Bunu da sonrakı ayədən görürük: “Namazı qıldıqdan sonra yer üzünə dağılın!”

Cüməyə gəlməyənlər isə bu çağırışa icabət etmədikləri üçün 4 rükət günorta namazını qılacaqlar. Yox əgər Cüməyə gəlib, xütbəyə yetiməsələr yenə də çağırışa icabət etdikləri üçün imamla birlikdə iki rükət Cümə namazı qılacaqlar.

Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5124.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.