Cavab: Qurani Kərimin nazil olma səbəblərindən ən başlıcası, insanlara doğru yolu göstərməkdir. Allahın insanın fitrətinə yerləşdirdiyi, yəni insanın təbiətində var olan məlumatları hərəkətə keçirərək, ona “doğru istiqaməti/siradi müstəqimi” göstərir. Bilavasitə, insanın bu dünya imtahanından müvəffəqiyyətlə çıxması üçün ona çox böyük köməklik göstərir və bir çox tövsiyələr edir. Məsələn bu əmr və tövsiyənin ən mühümlərindən biri belədir:
“Biz Kitabı sənə haqq olaraq nazil etdik. Sən Allaha, onun dininə ixlasla (bir şey qatmadan) qulluq et!” (Zümər, 2)
İnsanlıq tarixi boyunca bütün ilahi kitabların da əsas məqsədi və nazil olma səbəbi; “yol göstərmək, xatırlatmaq, şirkə düşməmək, dininə bir şey qatmamaq, özlərindən əvvəlki ilahi kitabları təsdiqləmək, xəbərdarlıq və müjdələmək” olmuşdur.
Ənənədə isə, Qurani Kərimin nazil olma səbəbini; özündən əvvəlki kitabların təhrif edilməsi olaraq göstərilir. Bu kitabı sanki yeni bir dinin kitabı kimi təqdim edilməsi çox böyük bir xətadır. Halbuki, heç bir kitabın nazil olma səbəbi, özündən əvvəlki kitabların təhrif olması deyildir. Çünki, nazil olan hər kitab özündən əvvəlki kitabların təhrif edilməsindən deyil, təsdiq edilməsindən bəhs edər. Məsələn:
“O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi.” (Əli İmran, 3).
Bilavasitə, əvvəlki kitablara hər nə qədər də əlavələr edilsə də əsas etibarilə sağlamdır və Qurani Kərimdəki ümumi hökmləri və beynəlxalq dəyərləri orada da görə bilərsiz.
Sualınız: “Süleymaniyə Elmi-Araşdırma Vəqfi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/7723.html
Buna bənzər sual cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.