Müsəlmanlar

Qurani Kərimdə hər elm dalına aid məlumatlar varmı?

Cavab: Qurani Kərim bir elm kitabı deyil, bir həyat kitabıdır. Elm isə həm Quranın həm də həyatın bir parçasıdır. Bir insanın həyatını doğru şəkildə istiqamətləndirməyi bacarması elmlə əldə edilir. Bu səbəblə böyük alim Əbu Hənifə belə demişdir: “Həqiqi elm, bir insanın öz nəfsinə nəyin zərərli nəyin doğru olduğunu bilməsidir.”

Hər nə qədər də Quran bir elm kitabı olmasa da hər elm adamı ondan öz xeyrinə çıxardacaq bir çox işarətləri və ona yol göstərəcək bir çox ayələri tapar. Necə ki, Süleyman əleyhissəlam dövründə kitabdan elmi olan bir insanın göz qapayıb açana qədər Belksin taxtını gətirməyi bacarmışdısa, öz elmi sahəsində güçlü olan bir mütəxəssisin də Quran üzərində çalışaraq oradan hikmət və elmdə yeni nailiyyət əldə etməsi mümkündür.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/elanlar-xeberler/5973.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.