Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira
Peyğəmbər əleyhissəlam, Bəni-Qureyzə qəzvəsində (hərbi hərəkat) də digər qəzvə və əməliyyatlarında olduğu kimi, döyüş qaydaları və əsirlər barəsində Quranın rəhbərliyində hərəkət etmiş, buna görə əsirləri fidyəsiz ya da fidyə müqabilində azad etmişdir. Qurani-Kərimdə bu hadisənin izah edilməsi də bu dediklərimizi gücləndirməkdədir. Ancaq bu bildirdiklərimizin və Qurandakı izahların tərsinə, Bəni- Qureyzə döyüşündən sonra peyğəmbər əleyhissəlamın yüzlərlə əsiri öldürdüklərinə dair müxtəlif rivayətlər də nəql edilmişdir. Bu həqiqətdən uzaq rivayətlər müsəlmanlar arasında nəsillər boyu nəql edilərək, elə bil şübhəsiz doğrular kimi, bir növ İslamı qaralamaqda və beyinləri bulandırmaqdadır.
I. Giriş:
Bu hadisə, yəni Bəni-Qureyzə qəzvəsi, müsəlmanlarla Məkkəli müşriklər və müttəfiqləri arasında hicrətin 5-ci ilində baş verən Xəndək döyüşündən və bu döyüşdə Allah Təalanın peyğəmbərə və möminlərə qələbə nəsib edib bitməsindən sonra başladı. Allah Təala belə buyurmaqdadır:
وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
“Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.” (Əhzab 33/25)
Xəndək döyüşündə Mədinənin mühasirə altına alınması əsnasında Bəni-Qureyzənin müsəlmanlarla birlikdə qurduğu ittifaqa xəyanəti və düşmən tərəfində mövqe tutması, onlara köməklik göstərməsi Mədinəni və müsəlmanları təhlükəyə salmışdı. Bəni- Qureyzənın bu ikiüzlülüyü müsəlmanları pis vəziyyətdə qoymuş və iki atəş arasında nə edəcəklərini bilməyəcək bir vəziyyətə gətirmişdi. Qurani-Kərim müsəlmanların bu çətin vəziyyətlərinibizə belə xəbər verməkdədir:
إِذْ جَاءُوكُمْ مِنْ فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنْكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَاَ
ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا هُنَالِك
“O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.” (Əhzab 33/10-11)
Xəndək döyüşündə bu yəhudilər, müsəlmanlarla qurduqları ittifaqı pozdular. Ənfal surəsinin 56-cı ayəsi onların xəyanətlərindən belə bəhs edər:
الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنْقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ
“Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər.”
Ümumiyyətlə Bəni-Qüreyzə, bu davranışlarıyla Müsəlmanların qırmızı xətlərini çeynəmişdilər. Qırmızı xətləri ifadə edən ayə belədir:
لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُمْ مِنْ دِيَارِكُمْ وَظَاهَرُوا عَلَىٰ إِخْرَاجِكُمْ أَنْ تَوَلَّوْهُمْ ۚ وَمَنْ يَتَوَلَّهُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.” (Mümtəhinə 60/8-9)
Belə ki, Xəndək döyüşü bitib müsəlmanlar sülh müqaviləsi bağladıqdan sonra, Bəni- Qureyzənin müqaviləyə xəyanətlərinin cəzasını vermələri lazım idi. Peyğəmbər əleyhissəlam onların qalalarının ətrafını günlərlə mühasirə etdi. Yəhudilər təslim olmağı rədd etdikləri üçün, müharibəyə və yurdlarından çıxarılmalarına qərar verildi. Müharibəyə başlayanda isə onların qəlblərinə qorxu düşdü və döyüş möminlərin qələbəsi ilə nəticələndi. Bu barədə Allah Təala belə buyurmaqdadır:
وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
“(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.” (Əhzab 33/26-27)
Nəticədə döyüş əsnasında Bəni-Qüreyzədən bəziləri öldürüldü və bir çoxu da əsir alındı. Müharibə bitdikdən sonra, Peyğəmbər əleyhissəlam ələ keçirilən Bəni-Qüreyzə yəhudilərinə ayənin hökmünə əsasən digər əsirlərə nə etmişsə onu etdi, yəni, fidyəsiz ya da fidyə müqabilində sərbəst buraxdı:
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا
“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin…” (Muhəmməd 47/4)
Bəni-Qureyzə yəhudiləri döyüşdə məğlub olmaqla bərabər, eyni zamanda həm hakimiyyətləri altındakı torpaqlarını itirmiş həm də var-dövlətləri qənimət olaraq ələ keçirilmişdi. Allah Təala cəzalandırılmış bir cəmiyyətin halını və müsəlmanlara olan lütfünü bizə belə izah edir:
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
“(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.” (Əhzab 33/27)
Belə bir cəza, bütün fəsad törədən cəmiyyətlərə qarşı Allahın yürürlüyə qoyduğu bir qanunudur.
Müsəlmanların Bəni-Qureyzə yəhudilərini əsir alıb, yurdlarına və mallarına hakim olmaqlarından sonra, əllərindəki əsirlərdə və əqrabalarında bir sərmayə qalmadığı üçün, onların fidyəsiz buraxılmaqlarından başqa bir yolu da qalmamışdı.
II. Bəni-Qureyzə ilə əlaqədar rivayətlər
Qurani-Kərim, Bəni-Qureyzə hadisəsini açıq-aydın izah etməsinə baxmayaraq, hadisə haqqında fərqli və müxtəlif rivayətlərə rastlamaqdayıq. Bu rivayətlərdə peyğəmbər əleyhissəlamın bu əsirləri Mədinəyə gətirdiyi, Mədinədəki evlərin birində həbsedildikləri , ertəsi gün Mədinə bazarına götürüldükləri, onların xəndək qazmaya məcbur edildikləri və qruplar halında öldürüldükləri ifadə edilməkdədir.
Buxari və Müslimin səhihlərində Bunların sayıları ilə əlaqədar hər hansı bir məlumat yoxdur. Ancaq peyğəmbər əleyhissəlamın onların döyüşə qatılanlarını öldürdüyü ifadə edilməkdədir.[1] Sad b. Muazın onların arasındakı hakəmliyi nəticəsində verdiyi hökmün tətbiq edilib edilmədiyi rivayəti də yoxdur. Bu iki səhih mənbələr xaricində isə, öldürülənlərin sayısı 400 ilə 900 arasında dəyişməkdə və peyğəmbər əleyhissəlamın onlardan saqqalı və bığı çıxanlarının hamısını öldürdüyü qeyd edilməkdədir.[2] Hər saqqalı və bığı tərləyənin bu döyüşdə iştirak etmədiyi də bir həqiqətdir. Bu rivayət təkcə döyüşənlərin deyil, döyüşdə iştirak etməyənlərin də öldürüldüyü mənasına gəlir. Həqiqətindən şübhə edilməyən hallardan biri də döyüşə qatılmayan insanların öldürülməsinin caiz olmadığıdır. “Saqqalı çıxanlarının öldürüldüyü”[3] rivayətinin ravisi də yəhudi əsilli və daha sonradan müsəlman olan Bəni-Qüreyzadan biridir. Belə bir mühüm mövzuda yəhudilərin millətçi duyğularını gözə almadan, onlardan gələn hekayələrə daha diqqətli olmadan rivayət etmək, qəbuledilməzdir. Bir də onların özlərini tarix boyu məzlum, haqsızlığa, qırğına məruz qalmış biriləri olaraq qələmə verməyə çalışdıqlarını unutmamaq lazımdır. Nəql edilən rivayətin səhihliyi barədə əmin olmaq üçün heç şübhəsiz rivayəti çatdıranın da tərəfsiz olduğundan əmin olmaq lazımdır.
Bəni-Qureyzədən öldürülən əsirlərin sayısı ilə əlaqədar əs-Siretun-nəbəviyyə adı ilə məşhur əsərin müəllifi ibn Hişamın (ö. 218/833) İbn İshaqdan (ö. 151/768) sənədsiz olaraq nəql etdiyi rivayətdə, “Onlar 600 və ya 700 nəfər idilər, sayılarının 800 ilə 900 arasında olduğunu…”[4] qeyd etməkdədir.
Aşağıdakı səbəblərdən ötrü bu rivayətləri qəbul etmək mümkün deyildir:
A). Qurani-Kərim bizə bu döyüşdə Bəni Qüreyzalıların bəzilərinin öldürüldüyünü, bir çoxunun da əsir alındığını xəbər verir. Döyüş bitmədən əsir almanın da caiz olmadığı Quranın bu ayəsində bildirilməkdədir:
مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
“Peyğəmbərə döyüş bölgəsində düşməni təsirsiz hala gətirməyincə, əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir.” (Ənfal 8/67)
Bəni-Qureyzə hadisəsini bizə xəbər verən ayələr, əsirlərin aqibətlərindən xəbər verməməkdədir. Əsirlərlə əlaqədar (“Əsirlərə qarşı münasibət necə olmalıdır”-başlıqlı dərsimizdə də bu barədə bəhs etmişdik) Qurani- Kərimin ümumi hökmü məlumdur:
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ
“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. ” (Muhəmməd 47/4)
Qurani- Kərimin bu izahatından sonra hər kim, Bəni-Qüreyzə əsirlərinin öldürüldüyünü ifadə edən rivayətləri təsdiq edərsə, Allahın kitabına açıq-aşkar müxalifət etdiyini bilməlidir. Bu isə çox təhlükəlidir. Belə ki, bu əqidə, peyğəmbər əleyhissəlamın Quranın hökmünə qarşı tərs hərəkət etdiyi mənasına gəlir. Əgər peyğəmbər əleyhissəlam Qurana baxmayaraq ictihad etdiyini və bu ictihadında xəta etdiyini fərz etsək belə, Allah Təala Bədir əsirlərində olduğu kimi burada da vəziyyəti xəbər verməsi və ona şiddətli töhməti verməsi lazım idi. Ancaq belə bir xəbərdarlıq Quranda yoxdur. Bütün bunlar da Bəni-Qureyzə əsirlərinin öldürülmədiklərini aydın göstərməkdədir. Əgər, “Allah peyğəmbər əleyhissəlamı, Bədirdə əsirləri öldürmədiyi üçün xəbərdar etdi, onun üçün o da Bəni Qüreyza əsirlərini öldürdü”– deyə bir iddia irəli sürülürsə, bu görüş aşağıdakı üç cəhətdən rədd edilir:
1. Xəbərdarlıq, əsirləri öldürülmədiyi üçün edilməmişdir. Döyüşün seyri hələ dəyişmədən əsir alındığı üçün edilmişdir. Qəsd edilənin peyğəmbər əleyhissəlamın döyüşü müsəlmanların lehinə dəyişənə qədər davam etdirməməsidir. Necə ki, ayədə də ifadə edildiyi üzərə:
وَيُرِيدُ اللَّهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ…
“Allah isə verdiyi sözləri səbəbilə haqqı bərqərar etmək və kafirlərin arxasını kəsmək istəyirdi.” (Ənfal 8/7)
2. Peyğəmbər xəbərdar edildikdən sonra, onun əsirləri öldürməsi lazım idi. Ancaq öldürmədi. Bu dəlil də əsirlərin öldürülməsinin caiz olmadığını göstərir.
3. Əsirlərin “fidyəsiz, ya da fidyə alıb azad edilmələri” əmri qarşısında, əsli olmayan rivayətlərə əsaslanaraq, üçüncü variantı gətirmək yəni, “əsirlərin öldürülməsini” irəli sürmək, “Quranı bir kənara ataraq başqa əmrlərə uymaq”- deməkdir. Bəzisi çıxıb, “peyğəmbər əleyhissəlam yəhudilərə öz şəriətlərindəki hökmü (Təsniyə, XX, 10-15) tətbiq etdi”– deyə iddia etsə, bunlara belə cavab verilir:
Qurani-Kərim, əsirlərə qarşı necə münasibətdə olacağımızla əlaqədar açıq-aydın hökmlər gətirdiyi halda, daha əvvəlki şəriətlərə aid hökmlərin nəsx edildiyini Qurani-Kərim dəqiq bəyan etdiyi halda və peyğəmbər əleyhissəlama da Tevratın hökmlərinin artıq tətbiq edilmədiyini dediyi halda, “peyğəmbərin Tevratın hökmlərini uyğuladığını”– demələri, “peyğəmbər Quranı nəsx edib, yenidən Tevratın hökmlərinə qayıtdı”– demələrinə bənzəyir. Kim də belə deyirsə yenə peyğəmbərə iftira etmiş olur.
B). İslamda müharibə, zülüm və işğal məqsədilə ya da hakimiyyət üçün aparılmır. Müharibə, düşmənin zülmünə misli ilə qarşılıq vermək məqsədilə, müsəlmanları müdafiə etmək, onların təhlükəsizliyini qorumaq məqsədilə, müəyyən şərtlər əsasında aparılır. Allah Təala bu barədə belə buyurur:
“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz! (Döyüşdə onları) tutduğunuz yerdə öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar (günah işlərə) son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.” (Bəqərə 2/190-193)
1. Düşmən tərəfində olan əsir təslim olanda ya da aman diləyəndə müsəlmanın Quranın bu əmrinə əsasən, onun təhlükəsizliyini təmin etməsi və etibarlı bir yerdə saxlaması lazımdır:
وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.” (Tövbə 9/6)
2. Əgər düşmən tərəfi sülh istəyər və bu istəyini açıq-aşkar ortaya qoyarsa, onda canı bağışlanır və hücum etmək haram olur. Allah Təala ba haqda belə buyurmuşdur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
“Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən-fəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, (kiminlə vuruşacağınızı) yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisə 4/94)
3. Əsirlər fidyəsiz ya da fidyə müqabilində azad edildikdən sonra, İslam ölkəsi içində, zəkatın paylanacağı yerlərdən biri olaraq müəyyən edilən, səfər əsnasında möhtac vəziyyətə düşmüş “ibnussəbil” hökmündə olurlar. Bilavasitə onlara kömək və ehsan göstərmək İslam cəmiyyətinin bir vəzifəsidir. Allah, mömini belə tərif edir:
وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًاإِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا
“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!” (İnsan 76/8-9)
Bu, Quranın əsirlər haqqında qoyduğu hökmdür. Bu ayələr heç Bəni-Qureyzədən təslim olan əsirləri qətl etməklə uyğun düşürmü?
4. Peyğəmbər əleyhissəlamın həyatını Qurana baxıb oxuyanlar, onun, bir insanın belə qanını tökməkdən qaçındığını görürlər. Onun döyüşdə və döyüşdən sonrakı davranışının necə olduğunu həyatını oxuyanlar bilirlər.
Belə bir ağır cəzalandırmanı peyğəmbərə yaraşdıranlardan bəziləri, “yəhudilərin müqaviləni pozması səbəbilə peyğəmbərin belə bir yola baş vurduğunu”– dilə gətirirlər. Bu da əsassız bir iddiadır. Çünki, peyğəmbər belə bir xəyanətlə nə ilk dəfə nə də son dəfə qarşılaşmış deyildi. Eyni xəyanəti sonradan Qüreyş qəbiləsi də göstərdi. Peyğəmbər və əshabı Məkkəni fəth etdiyi zaman Məkkə əhlini əfv etdiklərini və onlara yaxşı davrandıqları bilinməkdədir. Bu səbəblə peyğəmbər əleyhissəlamın eyni hadisə qarşısında bir-birinə zidd iki fərqli rəftarı doğru ola bilərmi? Əlbəttə ki olmaz.
5. Əgər peyğəmbər əleyhissəlam, Bəni-Qureyzənin yəhudi olmalarına görə onlara belə bir hökm verdiyi deyilirsə, bu da böyük bir iftiradır. Çünki, o ancaq ərəblərin deyil, bütün insanlığın rəhmət peyğəmbəridir. Bəni-Qureyzə ilə Qüreyş qəbiləsinin müsəlmanlar arasındakı davanın nəticəsi isə bir-birindən fərqli olmuşdur. Bəni-Qureyzə torpaqlarından sürgün edilmiş, Qüreyş isə torpaqlarında qalmışdır. Bunun səbəbi də məlumdur. Bəni-Qureyzə sülhü rədd edərək döyüşə başlamış, Qüreyş isə döyüş başlamadan təslim olmuşdu.
Rivayətlər ətrafındakı şübhələr
1. Yəhudilər tarix boyu yaşadıqları çilələrini ətraflı olaraq qeyd etməkdədir. Bu hadisə isə yəhudi tarixində bilinməməkdə və ilk dövr yəhudi tarixçiləri bu hadisəni qeyd etməməkdədirlər. Dövrümüzdə bu hadisəni nəql edən yəhudilər isə İbn İshəqin nəql etdiyi rivayətlərə dayanmaqdadırlar. Bu hal da belə bir hadisənin tarixi kökü olmadığını gücləndirməkdədir.[5]
2. Hadisəni bizə nəql edən İbn İshəq, İmam Malik b. Ənəs tərəfindən peyğəmbərlə əlaqədar rivayətləri yəhudi əsilli müsəlmanlardan aldığı üçün şiddətli tənqid edildiyi və onu Dəccallardan bir Dəccal adlandırdığı rivayət edilir.[6]
Əlavə olaraq, İbn İshəq, mətin daxilində də bir çox əsassız məntiqsiz cümlələrə yer verir. Misal üçün, İbn İshəq “Olduqları yerdən düşmələri istənildi. Daha sonra onları peyğəmbər əleyhissəlam Mədinədə Nəccaroğulları qəbiləsindən bir qadın olan Binti Harisin tək bir evində həps etdi.”[7]– deməkdədir. Xüsusilə o günün şərtlərində hansı ev 400-900 nəfər insanı içinə alabilər?
3. Bəni Qüreyzə əsirləri Xəndək döyüşündə qazılan xəndəklərdə qətl edilib, oraya atılmadan, Mədinə ortasındakı bazara gətirilərək qətl edilib, orada basdırılmaları nə qədər məntiqlidir?
4. Bəzi rivayətlər Əli əleyhissəlam və Zübeyr b. Əvvamın bunları kəsərək öldürdüklərindən bəhs edir.[8] Bu qədər insanı iki nəfərə yükləmənin və onların bu qədər acımasız bir vəziyyətdə insan kəsmənin bir insan üzərindəki psixoloji halını düşünün. Kim bunların psixoloji halının normal olduğunu və normal qaldığını deyə bilər? Bir insan ancaq döyüşün içində belə bir vəziyyətə gələ bilər. Ancaq normal bir halda, təslim olmuş bir əsirə belə bir rəftar, fitrətini pozmayan insan üçün mümkün görülməməkdədir.
5. Digər yəhudi qəbilələr, öz dinlərindən və millətlərindən olan insanların bu cür gözlərinin qarşısında qətl edilmələrindən sonra müsəlmanlarla necə bərabər yaşamağa davam ediblər?
6. Yəhudilərin öldürüldükləri xəndəklər haradadır?
7. Döyüş əsnasında məğlub və təslim olmuş bir qövmü kütləvi şəkildə qırmaq hansı əsasa dayanır? Halbuki, Bəqərə surəsindəki ayələr və peyğəmbər əleyhissəlamın döyüşdən sonrakı ümumi davranışları bu hadisəni yalanlamaqdadır.
Nəticə olaraq bunu da əlavə etmək istəyirik: Təəssüf ki, əsrlərdir belə uydurma rivayətlərə inanan müsəlmanların bir çoxu, getdiyi yerlərdə gözəl nümunə olmaq yerinə, əli qanlı qatilə və psixologiyası pozulmuş bir caniyə çevrilirlər. İslam düşmənləri də onların bu halını bütün dünyaya ifşa edərək, müsəlmanların çox təhlükəli, terorçu insanlar olduğunu yayırlar.
Müəllif: Camal Najim və Süleymaniyə elmi-araşdırma qrupu
Buna bənzər digər yazılarımızı bu linkdən oxuya bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Müslim, Cəvazu qatli mən nəqadəl-əhd, 65/1769.
[2] Tirmizi, Siyər, 29; Əbu Davud, Hüdud, 18; İbn Macə, Hüdud, 4.
[3] Atiyyə əl-Qurəyzi belə dedi: “Mən Qureyzə əsirlərindən idim. Kimin saqqalı çıxıbsa öldürürdülər. Kimin saqqalı çıxmamışsa öldürmürdülər. Mən də saqqalı çıxmayanlardan idim.” (Əbu Davud, “Hüdud”, 17.)
[4] İbn Hişam, Sirətun-Nəbəviyyə, II, S. 240.
[5] İbn Hişam, e.g.ə., II, S. 240.
[6] İbn Əbi Hatəm, “əl-Cərhu vəl-Tədil”, 1/20.
[7] Yəhudi tarixçiləri 1-ci yüz ildə Masada qalasının Romalılar tərəfindən mühasirəyə alınmasıyla əlaqədar və yəhudilərin necə təcavüzə məruz qaldıqlarını göstərən rivayətlərə yer verirlər. Ancaq Bəni Qüreyzə mühasirəsi və əsirləri ilə əlaqədar heç bir rivayətə yer vermirlər ki, bu da belə bir hadisənin olmadığını gücləndirir. Əslində mənbələrdə Masada qalasında əsir götürülənlərin və öldürülənlərin sayısı, Bəni Qüreyzə ilə oxşarlığı da ayrı bir şübhə yaradır. (W. N. Arafat, Mədinə yəhudiləri və Bəni Qureyzə hekayəsi üzərinə yeni baxışlar, 2004, c. XVII, say., 2, s. 143 vd)
[8] Həsən ibn Muhəmməd Məşadul-Maliki, (ö. Hicri 1399), İnaretud-duca, I, s. 402.