Müsəlmanlar
Müsəlman kafirə güvənməlidirmi?

Müsəlman kafirə güvənməlidirmi?

Müsəlman Kafirə güvənə bilərmi?

İraq, Əfqanıstan, Xocalı, Suriya, Myanmar və axır vaxtlarda da Misirdə olan qətliamlar dünyaya hakim qüvvələrin müsəlmanlar haqqında nə fikirdə olduqlarından xəbər verir. Bu hadisələr müsəlmanları oyatmalıdır. Çünki, beynəlxalq müqavilələrdə yer verilən və Qurana da uyğun olan cahanşümul dəyərlər, kafirlərin həyata keçirmədiyi dəyərlərə çevrilmişdir. Bunlarla əlaqədar olaraq Allah Təala belə buyurmuşdur:

“Necə olur ki, sizi məğlub edəndə nə bir müqavilə, nə də sizə qarşı məsuliyyətləri ağıllarına gəlir. Ağızları ilə sizi razı salırlar, ancaq qəlbləri bunun tərsidir. Onların çoxu yoldan çıxmışdır.

Allahın ayələrini (cahanşümul dəyərləri) müvəqqəti bir mənfəətə dəyişdirmiş və Onun yolundan çevirmişlər. Onlar həqiqətən nə pis iş görürlər!

Heç bir mömin haqqında nə müqavilə, nə də ona qarşı götürdükləri məsuliyyətləri ağıllarına gəlir. Əslində əsl qəsbkarlar onlardır. Əgər tövbə edər, namazı qılar və zəkatı verərlərsə, din qardaşlarınız olarlar. Biz ayələrimizi bilən cəmiyyətlər üçün izah edirik.” (Tövbə 9/9-11)

Bir şəxsin müsəlman ata-anadan olması, müsəlman bir cəmiyyətdə böyüməsi və yaxşı bir dini təlim alması müsəlman olması üçün kifayət deyildir; əsas məqsədinə baxmaq lazımdır. Əsas məqsədi dünya olanları Allah kafir adlandırır:

“Kafirlərin çətin bir əzabdan çəkəcəkləri var. Onlar yaşadıqları anı gələcəyindən çox sevən, Allahın yolunu əyməyə çalışaraq ondan uzaqlaşan kəslərdir. Onlar dərin bir azğınlıq içindədir.” (İbrahim 14/2-3)

Əlbəttə kafirlərin doğru sözlü olanı, əmanətə sadiq güvənilənləri də vardır. Bunlar barədə Quranda da vurğulanır.[1]

Lakin, böyük əksəriyyəti nəzərə aldığımız zaman çox diqqətli olmalı, kafirlərə xüsusilə siyasi məsələlərdə güvənilməyəcəyini və özlərinə qarşı hər an birləşə biləcəklərini yaxşı öyrənib, addımlarını Qurana əsasən atmalı və Allahın Elçisini özlərinə nümunə götürməlidirlər.

 

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bax: Əli-İmran, 3/75.