Müsəlmanlar
“Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi

“Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi

Şeyx Əhməd vəsiyyətnaməsi əfsanəsi

İslam dünyasında nə vaxt bir böhran ortaya çıxsa, ortalığa “ Şeyx Əhmədin vəsiyyəti” deyilən qərib bir mətn yayılır. Adı və kimliyi məlum olmayan birinin gördüyü yuxuya əsaslanaraq –bir mənada uydurma hədis emal edilməsi- mətnin mühtəvasina cazibə qatır amma nəticədə bu risalələrin əsl propaqanda əsəri olduğu və Müsəlmanlar arasında zehni qarışıqlıq törətmək məqsədi daşıdığı şüphəsizdir.

“Spam” adı verilən hərkəsə uyğun, kimə müraciət edildiyi məlum olmayan, qeyri-şəxsi məktublar internet xəbərləşməsinin sevilməz sifətlərindən birini təşkil edir. Uydurma adres və kimlik əldə etmənin uşaq oyuncağı olduğu bu texnalogiyada, bir düyməyə toxunmaq sürətiylə daha əvvəlcədən listələnmiş minlərlə adama bir neçə saniyədə mahiyəti bilinməyən məktub və mesajlar göndərmək mümkündür.

Bu gün sizə müntəzəm olmayan aralıqlarla göndərilən xəyali propaqanda cinsindən olan bir “spam”dan bəhs etmək istəyirəm.

Şeyx Əhmədin hekayəsi

Adı “Şeyx Əhmədin vəsiyyəti”. Şeyx Əhməd deyə adlanan adam, bəzən Əfəndimizin (s.a.) Mədinədəki qəbrinin türbədarıdır, bəzən də məscidin xətibi olur. Nə vaxt yaşadığı, tarixi bir kimliyə sahib olub-olmadığı bilinmir. İslam dünyasında nə vaxt bir kriz ortaya çıxsa, ortalığa “Şeyx Əhmədin vəsiyyəti” deyilən bu qəribə mətn yayılır. Məsələn I-ci Dünya Müharibəsində hələ internet xəbərləşməsi olmadığı üçün bu qərib məktub, “şapiroqraf” teknologiyası ilə çoxaldılaraq əl altından sağa-sola dağıdılırdı. Bunlardan bir nüsxəni, rəhmətli xalamın Əhmədiyyə, Kəsik Baş Dastanı, Məvlid-i Şərif, və Yunus Divanı kimi kitab və risalələri saxladığı qara üzüm sandığında gördüyümü xatırlayıram.

“Üç gün günəş tutulacaq!”

Vəsiyyətnamənin klassikləşmiş axıcı bir mətn sxemi vardır. Buna görə Şeyx Əhməd bir cümə gecəsi namazdan sonra yuxuya dalar və yuxusunda Hərəm-i Şərif tərəfindən “ Ya Şeyx Əhməd” deyə bir nida gəlir. “Ləbbəyk” nidasıyla o səsə doğru yönələn Şeyx Əhməd, Əfəndimizin özüylə qarşılaşır və onun ağzından Şeyx Əhmədə bəzi mesajlar verilir. Məsələn dünən internet vasitəsiylə göndərilən son vəsiyyətnamədə bu tema işlənməkdəydi: “Keçən cümədən bu cüməyə 16 min insan öldü. Arasından bir tək müsəlman çıxmadı”. Ardından klassikləşmiş ifadələr, “Gələnlərin əməl dəftərlərini qara və sol əlində gördüm. Ya Şeyx Əhməd!… Əvvəlcə ata-analarına asi oldular və zəkatlarını vermədilər. Hacı olub haram yeməyi adət etdilər. Hərkəs nəfsindən başqa bir şey fikirləşmədi. Üzlərində həya qalmadı. Ya Şeyx Əhməd!… Mənim ümmətimə xəbər eylə. Elədikləri günahlarından tövbə və istiğfar etsinlər.” Daha sonra bir kəhanət ifadəsi yer alır, “Çox yaxın bir zamanda, 3 gecə günəş tutulacaq. 3 gündən sonra qərbdən doğub, şərqdə batacaq. Quran-ı Kərim insanların gözünə görünməyəcəkdir. Ən axırda isə hədələmə fəslinə gəlirik. “Ya Şeyx Əhməd, ümmətimə xəbər ver, qüdrət qələmiylə hər kim bu vəsiyyətnaməni bir kənddən o bir kəndə, bir qəsəbədən o bir qəsəbəyə, bir şəhərdən o bir şəhərə, bir dövlətdən o bir dövlətə göndərirsə hüzur-u məhşərdə günahları bağışlanır. Əfəndimizi (s.a.) şəhxi halı ilə görmüş olur. Kim vəsiyyətnaməni eşidib yazmazsa, bir kəndə və ya başqa bir yerə göndərməzsə üzü qara olsun.”

150 illik bir risalə

Bu mətn bilindiyi qədəriylə təxminən 150 ildən bu yana İslam aləmində dövran edir. İndi məsələyə ən səlahiyyətli kələmlərdən birinə müraciətlə elmi aydınlıq gətirmənin vaxtıdır. Müstəsna tarixçilərimizdən Prof. Dr. Əli Birinci, “Tarix Yolunda-Yaxın Mazinin Siyasi və Fikri Əhvalı” adlı əsərində (Dərgah yayınları, İst., 2001, s.246 vd) hər dövrdə qadağan edilmiş bir risalə olaraq “Vəsiyyətnamə” haqqında ətraflı məlumat verir. Buna görə mətn ilk dəfə 1896 (1314) ilində görüldü və o anda qadağan olmasına baxmayaraq xalq arasında böyük rəğbət gördü. “Xalq İslamı” nəzdində ən çox oxunan üç-beş əsər arasında yer aldı. Çox keçməddən Vəsiyyətnamənin ərəbcə nüsxəsi Misirdə də nəşr edildi və yayıldı. Müəllifi məlum olmayan bu əsər, medya sahəsində də həmişə sərt tənqidlərə və qalmaqallara yol açdı: Zamanla bir çox yazıçılar bu risalə əleyhinə çoxlu məqalə yazdılar. Yaxın tarixdə Hürriyyət yazarı Oqtay Ekşi, 17 Avqust zəlzələsi sabahı Şeyx Əhməd vəsiyyətində gördüyü “ Zəlzələdə 16 min adam öldü, bunların arasından Müsəlman çıxmadı” ifadəsinə qarşı haqlı olaraq qəzəblənmişdi. (Hürriyyət, 29.9.1999).

Şeyx Əhməd internetdə

Risalənin Türkiyə Cumhuriyyəti dövründə iki dəfə daha (1956 və 1982) nəşr edildiyini öyrənmək artıq qəribə deyildi. Çünki vəsiyyətnamə mətni, özəyini qorumaqla bərabər günün aktual hadisələrinə görə dəyişdirilə bilməkdə və Əfəndimizin ağzından günün hadisələrini yorumlayaraq dini biliyi zəif fəqət saf qəlbli müsəlmanlar üzərində təsirli olmaqdadır. Son beş-altı ildən bu yana risalənin özünə media olaraq interneti seçməsi də əlavə bir köməkdir.

Risalənin kim və ya kimlər tərəfindən tərtibləndiyini təsbit etmək çətindir. Qəti dəlil olmamaqla bərabər risalənin əvvəlcə ingilis və ya Rus istehbaratı tərəfindən qələmə alındığı, sonrakı nəşrlərində əhvala uyğun olaraq mühtəvasının təzələndiyi ehtimal olunur.

Bu qədər avam olmağa haqqımız varmı?

Şeyx Əhməd Vəsiyyətnaməsinin 150 il boyunca təzələnən bir mətin olaraq saf Müsəlman könüllər üzərində göstərdiyi təsiri təsəvvür etmək mümkündür. Çünki bu mətn Əfəndimizin ağzından aktual hadisələr haqqında bir xəbərdarlıq mahiyyəti daşıyır. Adı və kimliyi belə məlum olmayan birinin gördüyü yuxuya əsaslanaraq, bir mənada uydurma hədis emal edilməsi, mətnin mühtəvasına cazibə qatır amma nəticədə bu risalələrin əsl propaqanda əsəri olduğu və Müsəlmanlar arasında zehni qarışıqlıq törətmək məqsədi daşıdığı şüphəsizdir. 150 il boyunca saf könüllü müsəlmanların, “ Kütub-i Sittə” kimi güvənilən Hədis məcmualarından istifadə etmək yerinə uydurma olduğu şüphəsiz olan propaqanda risalələrinə etibar etməsi də, uzun uzadı üzərində durulması lazım olan bir acınacaqlı mövzudur.

Ələlxüsus, çoxaldılması və başqalarına da çatdırılması haqqında lənət hökümləri də ehtiva edən bu üzü qara mətnlərə əsla etibar edilməməsi lazım olduğunu sizə xəbər vermiş olduq.

Əhməd Turan Alkan, Aksiyon Dərgisi, sayı 533 -21.022.2005.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.