Müsəlmanlar

Ramazanda Quran oxumaq

RAMAZAN AYINDA QURAN OXUMAQ

Doğru yolu və haqqla batili bir birindən ayıran hökümləri açıqlamaq üçün Quranı endirən, izzət və səltənət sahibi Allaha həmd olsun. Uca ehsanı səbəbilə Ona həmd edirəm, Şəhadət edirəm ki, şəni uca Allahdan başqa ilah yoxdur. Və şəhadət edirəm ki, Peyğəmbərimiz Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur. Allah onu insanlara və cinlərə peyğəmbər olaraq göndərmişdir.

Bundan sonra… Ey müsəlmanlar topluluğu! Allahdan haqqı ilə qorxun. Allahdan haqqı ilə qorxmaq, qazandıqlarınızın ən xeyirlisi və sabah üçün saxladıqlarınızın ən fəzilətlisidir. Əməlləriniz onunla arınıq və dərəcələriniz yüksəlir. Bilin ki, ey Allahın qulları; nemətlərin ən ucası iman və Quran nemətidir. İman, qəlblərin nuru və bəsirətlərin işığıdır. İnsanın ruhu və özüdür, şərəfi, izzəti və dəyəridir. İmansız adəmoğlunun heç bir xeyri yoxdur. Quran hidayət və nurdur. Hər xeyirə çağıran və hər şərrdən çəkindirəndir. Ruhların qidasıdır. Halal və haramı ayırır. İçində şəriətin hökmləri vardır. Dünyaya və axirətə hökm edər. Kim ondan tutsa Allah onu işlərin ən doğrusuna yönəldir. Kim də onu tərk edərsə həlak olmuşdur. Allah Təala belə buyurur: «Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!» (əl İsra, 9) və belə buyurur: «Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!’» (Ta Ha, 123-124) İbn Abbas (r.a) belə buyurur: «Quran ilə əməl edənin dünyada azmayacağına və axirətdə bədbaxt olmayacağına Allah kəfil olmuşdur».

Qurani Kərim, peyğəmərimiz Məhəmməd (s.ə.s)-in qiyamətə qədər bəşəriyyətə xitab edən qalıcı möcüzəsidir. Bu mözüzə bir çox dəlillə insan ağlını ikna edər. İnsan haqqı anlar və Aləmlərin Rəbbinə istəyərək və könüllü olaraq təslim olar. Ya da öyrəndikdən sonra kibrlənərəm və inkar edərək haqqdan üz çevirir. Bu şəkildə Aləmlərin Rəbbinin hüccəti yerinə gəlir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edər: «Hər peyğəmbərə mütləq insanların inanmaqda olduqları şeylər cinsindən bir möcüzə verilmişdir. Ancaq mənə verilən (möcüzə) isə vəhydir və bunu mənə Allah vəhy etmişdir. Bu səbəblə Qiyamət günü, digər peyğəmbərlərə nəzərən təbası ən az olan peyğəmbərin mən olacağını ümid edirəm» Bu hədisi Buxari rəvayət edir.

Bu, Qurani Kərimin endirildiyi vaxtlarda insanların və cinlərin onun bənzəri bir kitabı gətirmədiyi qalıcı bir möcüzədir. Hətta onların əvvəlkiləri və sonrakıları toplansa, Uca Quran möcüzəsinin bənzəri bir sözü gətirə bilməyəcəklər. Allah Təala belə buyurur: «(Ya Peyğəmbərim!) De: ‘Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər’.» (əl İsra, 88)

Allah, insanlara və cinlərə onun bənzəri on surə gətirmələrini söyləyərək meydan oxumuş və onlar buna güc yetirməmişlər. Allah Təala belə buyurur: «Yoxsa (müşriklər): ‘Onu (Qur’anı) özündən uydurdu!’ – deyirlər. (Onlara) de: ‘Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.» (Hud, 13)
Ən sonunda Allah Təala onları, onun bir bənzəri bir surə gətirməyə çağırmışdır, fəqət onlar bundan aciz qalmışdır. Allah Təala belə buyurur: «Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (‘bu, bəşər kəlamıdır’ sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!» (əl Bəqərə, 23-24).

Allah uca Quranı qullarına rəhmət olaraq, onun Allahın kəlamı olduğunu, Allahın həqiqi ilah və Muhəmməd (s.ə.s)-in Allahın Rəsulu olduğunu bilsinlər deyə bir möcüzə olaraq endirmişdir. Çünki Uca Quran, bizə Rəbbimizin sifətlərini bildirən ən böyük dəlildir. Allah üçün isbatı vacib olan kamil sifətlərini və Onu tənzih edəcəyimiz şəninə layiq olmayan sifətləri bizə bildirmişdir. Allah Təala belə buyurur: «(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanırlar? » (əl Casiyə, 6) və belə buyurur: «(Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən. » (əl Bəqərə, 252).

Qurani Kərimə və möcüzə olmasına inanmayana qeyri-adi hadisələr və ayələr görməsi fayda verməz. Uca Quranın möcüzəsi tayı-bərabəri olmayan ahəngdə və hikmət dolu hökümlərindəndir. Kainatın qaydasına və yaradılış sirrlərinə işarət etməsindədir. Cəmiyyət həqiqətlərini açıqlamasındadır. Öyrətdiklərinin əhatəli olmasıdır. Olan və olacaq olan hadisələrlə əlaqəli verdiyi xəbərlərin doğru olmasındadır. Qəsdlərinin və hədəflərinin ucalığındadır. Qurani Kərimin möcüzəsi, bütün yönlərilə insanı ən mükəmməl şəkildə tərbiyə etməsindədir. İnsanlar üçün, İslam ümmətini çıxarmışdır və bu ümmət Quran ilə ümmətlərin ən xeyirlisi olmuşdur. Allah Təala belə buyurur: «(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı» (Ali İmran, 110) İnsanlıq, İslam ümmətindən daha mərhəmətli və daha adil və xoş niyyətli bir ümmət görməmişdir.

Ey müsəlmanlar!… Sizlər, əmirlərinə uyaraq və qadağalarından çəkinərək, halal etdiyini halal və haram etdiyini haram qəbul edərək, qəti hökmlərilə əməl edərək və mütəşabih ayələrinə iman edərək Quranın çağırdığı sifətlərlə əxlaqlanmağa şiddətlə ehtiyac duymaqdasınız.

Qurani Kərim, nəfs onu qəbul etməyə hazır olmayınca, qəlblər onun nuruna açılmadıqca, əzalar onun təçviqinə və qorxutmasına, vədinə və təhdidinə boyun əymədikcə insan üzərində meyvə verməz, onu doğru yola yönəldməz və Quran boyası ilə boyamaz. Allah Təala belə buyurur: «Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur’an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz! » (əz Zümər, 23)

Uyğun zaman, Qurani Kərimin insan nəfsində iz buraxmasına köməkçi olur. Müsəlmanın hidayətinə hidayət, nuruna nur qatar. Ramazan, Quran oxumaq və təsirlənmək üçün ən fəzilətli vaxtdır. Çünki Quran ruhun qidasıdır. Ramazanda, bədənin qidalardan uzaq durması səbəbilə, pisliyi əmr edən nəfsin bədən üzərindəki sahibliyini zəyiflədər. Qurani Kərimin qidası ilə ruh güclənir və ucalır. Müsəlman, Allahın Kəlamından ən üst səviyyədə faydalanır. Ruhunun qidası və həyatı olan Quranın tilavətilə ləzzət alır. Uca Quran faydalı yağış və nəfis də torpaq kimidir. Ramazan isə, torpaqda hər növ bitkidən bitirən yağışın yağması üçün uyğun olan vaxt kimidir. Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Allahın mənimlə göndərdiyi elm və hidayətin misalı, bir əraziyə düşən yağış kimidir. Bəzi ərazilər var, təbiəti gözəldir, suyu qəbul edir, bol bitki və ot yetişdirir. Bir qism ərazi var, münbit deyildir, ot bitirməz, amma suyu tutar. Onun tutduğu su ilə Allah, insanları yararlandırır. Bu sudan özləri içərlər, sularlar və becərərlər. Digər bir əraziyə daha düşər ki, bu nə su tutar, nə də ot bitirər. Bu təmsilin biri Allahın dinində elm sahibi olana dəlalət edər, beləsini Allah mənimlə göndərmiş olduğu hidayətdən yararlandırır; həm öyrənir, həm oyrədir. Təmsildən biri də, buna iltifat etməyən Allahın mənimlə göndərdiyi hidayəti heç qəbul etməyən kimsəyə dəlalət edər» Bu hədisi Buxari və Muslim rəvayət edir.

Allahın qulları! Quran ayı olan Ramazanın qalanını dəyərləndirin. Düşünərək, mənalarını anlayaraq Allahın Kitabını çoxca oxuyun və onunla əməl edin. İslamın ilk əsirlərindəki böyükləri, bu ayda bütün vaxtlarını Quran oxumaq üçün ayırardılar. Dilləri Allahın zikri ilə islaq olardı. Onlardan bir qismi Ramazanda Quranı yeddi gündə xətm edərdi. Bir qismi üç gündə xətmedərdi. Bir qismi bir gecədə xətm edərdi. Kim Quran ilə əməl edərsə, hafiz olmasa belə Quran əhlindəndir. Quranın bir qismini əzbərləyən əzbərlədiyi qismi oxusun və təkrar etsin.

Ey müsəlmanlar! Bu fəzilətli ayda xeyirlər işməməliyikç İnsanların ən cömərdi olan Rəsulallah (s.ə.s)-ə uyaraq kasıblara, miskinlərə və möhtaclara yaxşılıq edin. Hədistə Cəbrayıl (ə.s) Peyğəmbər (s.ə.s) ilə hər il Ramazanda bir dəfə Quranı təkrar etdiyi və son gecə onunla iki dəfə xətm etdiyi zikr edilir. Rəsulallah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşdüyü zaman sürətlə əsən küləkdən daha sürətli xeyrə tələsərdi.

Allahın qulları! Namaz İslamın dirəyidir. Günahlardan və pisliklərdən çəkindirər. Namaza davam edən nəfsini və dinini qoruyar. Namazı tərk edən özünə zərər verir və dinini itirər. Namaz, qiyamət günü qulun ilk sarılacağı əməldir. O qəbul edilirsə digər ibadətlər də qəbul edilir. O rəddedilirsə digər əməllər də rəddedilir. Namazı tərk edənə «Cəhənnəmə girənlərlə birlikdə sən də gir» deyilir.

Mallarınızın zəkatını verin ki, ölümdən sonra onunla əzab edilməyəsiniz. Hədisdə belə buyurulur: «Zəkatını verməyə heç bir mal sahibi yoxdur ki, malı malı kel kafalı atılgan biri olaraq qarşısına çıxarılmasın. Onun iki avurdundan yakalar və «Mən sənin xəzinənəm, mən sənin malınam» deyər»

Ramazan ayını gücünüz yetdiyincə saleh əməllərlə ən yaxşı şəkildə tamamlayın. Çünki əməllər sonlarına görədir. Kim ayın əvvəlində orucunu ən gözəl şəkildə tutmuşsa Allaha həmd etsin və o şəkildə davam etsin. Kim də lazımi kimi tutmamışsa, keçmişi unudub son on gündə israrlı olsun. Gözlərinizi və dininizi qoruyaraq, əziyyət verməkdən qaçaraq və yaxşılıq edərək oruclarınızı qoruyun. Allahı çoxca zikr edin. Çünki o, ibadətlərinizin ən üstünlərindən və Rəbbinizin qatında ən dəyərlilərindəndir.

Allahın qulları! Gecə və gündüz saatlarında müsəlmanlar və İslam üçün, idarəçilər və ümumi insanlar üçün səmimi bir şəkildə çoxca cua edin. Günahlar səbəbilə müsəlmanların başına ard-arda müsibətlər gəlməkdədir ki, müsəlmanlardan bu bəlaları uzaqlaşdırmağa, onları pisliklərdən və sıxıntılardan qorumağa ancaq Allahın gücü yetər. Allah Təala belə buyurur: «Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin» (Ali İmran, 133)
İtaət edilən və Ondan haqqı ilə qorxanı izzətli edən, əmrinə müxalifət edən və üsyan edəni zillətə salan, razılığını istəyənə xeyir qapılarını açan və Ona yönələnə pislik qapılarını bağlayan Allaha həmd olsun. Rəbbimə həmd edirəm və yaxşılığı səbəbilə Ona şükr edirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir və ortağı yoxdur. Ondan başqa ilah yoxdur. Və şəhadət edirəm ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur. Rəbbi onu seçmiş və üstün etmişdir.
Bundan sonra… Gizli və aşkar hallarınızda Allahdan haqqı ilə qorxun. Çünki niyyətləriniz və əməlləriniz Allaha gizli qalmaz.

Allahın qulları! Allahın rəhmətinin və hikmətinin, elminin və qüdrətinin hər şeyi əhatə etməsinin bir nəticəsi də Allah Təalanın göstərdiyi ibadətlərlə çoxca ibadət edək və Rəbbimizin bərəkətinə və kəramətinə məruz qalaq deyə bizlərə fəzilətli ayları, dəyərli günləri və gecələri, mübarək saatları açıqlamasıdır.

İxlas ilə və sünnəyə uyğun olaraq Rəbbinin qapısını çalana Allah, rəhmət qapısını açar. Bu fəzilətli gecələrdən, tayı bərabəri olmayan və şərəfli saatlardan biri də, içərisində Allahın Kitabında zikrini yüksəltdiyi Qədr gecəsi olan Ramazanın son on günüdür. Allah Təala belə buyurur: «Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).» (əl Qədr, 1-3).

Yəni o gecənin ibadəti içində Qədr gecəsi olmayan min ayın ibadətindən xeyirlidir. Peyğəmbər (s.ə.s)-dən rəvayət edilən bir hədisdə belə buyrulur: «Kim inanaraq və əvəzini Allahdan gözləyərək Qədr gecəsində ibadət edərsə keçmiş günahları bağışlanar» Qədr gecəsi Ramazan ayının son on günündədir.

Allahın qulları «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!) » (əl Əhzab, 56)

Müəllif: Ali b. Əbdurrəhman əl Huzeyfi
(Mədinə Məscidinin imamı)

QEYDLƏR

1. Bu mövzuya dair başqa bir yazını buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/xususi-kateqoriyalar/ramazan/874.html

2. Bu yazı islamevi.az saytından icazə alınaraq götürülmüşdür. Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.