Sual: El arasında belə söz söhbət olur ki, "Allah, yaxşı insanların canını tez alır". Bu kimi sözlərin əsli əsası varmı?
Cavab: Xeyr, belə bir düşüncə doğru deyildir. Bu, təsəlli mahiyyətində deyilən bir sözdür. Quranda və hədisdə buna dair hər hansı ifadə yoxdur.
Allah, Haqq yolunda canını verənləri isə mükafatlandıracağını və onların Allah qatında nimətləndiriləcəklərini bildirir. Bu səbəblə Quranda onlar haqqında belə buyrulur:
“Allah yolunda ödürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz”. (Bəqərə, 2/154)
Bu ayədə belə insanların, digərləri kimi boşuna həlak olmadıqlarını, fani dünya ilə əlaqələri qalmasa da axirət aləmində əbədi həyatla təltif olunduqlarını göstərir.
Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/3164.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.