Müsəlmanlar

İnsan öldükdən sonra Rəbbini görəcək və onunla danışacaqmı?

Sual: Möminun surəsinin 99-cu ayəsində insanın Rəbbi ilə danışmağından bəhs edilir. Bu doğrudur? Mahiyyəti necədir? Rəbbimizi görərək danışacayıq?

Cavab: Bəyəm biz axşama qədər Rəbbimizlə danışmırıq? Əlbəttə ki bu, qarşılıqlı oturub, bir birinə baxaraq danışmaq mənasında deyil. Biz, hər duamızda və hər namazımızda Rəbbimizlə dialoq yaradır və Onunla sözlü ünsiyyət qururuq. Bir çox ayədə, dünyadakı danışmağımızın axirətdə də davam ediləcəyi bildirilir.

Rəbbimizi axirətdə görmək məsələsinə gəlincə, bu bizim idrak və görə biləcək gücümüz ölçüsündə olacaqdır. Necə ki, Günəşi, kainatı görmək hansı güc və idrakımız ölçüsündə isə, Allahı görmək də bizə verilən güc və idrak ölçüsündə olacaqdır.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []