Müsəlmanlar
Qurban əvəzinə sədəqə

Qurban əvəzinə sədəqə

Sual: Biz qurban kəsməyib onun yerinə sədəqə versək olar?

Cavab: Qurban kəsmək ibadətdir və bu ibadətdə əsas məsələ qurban bayramı günlərində müəyyən heyvanları Allah rizası üçün kəsməkdir. Yəni, bu şərt yerinə yetirilmədən qurban ibadətini məqbul hesab etmək olmaz. Kəsilən heyvanın ətindən həm onu kəsənə, həm dost-tanış, həm də möhtac olan insanlara verilir. Möhtac insanlara yardım etmək isə öz növbəsində başqa bir ibadət və xeyirli əməl növüdür. Bunun savabı çox böyükdür. Ancaq qurban ibadəti ilə bu ibadəti bir-birinə qarışdırmamaq lazımdır. Çünki bizim dinimizdə ibadətlər bir-birinin yerinə qoyulmur və heç bir ibadət başqa bir ibadəti əvəz etmir. Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Biz hər ümmət üçün bir qurban kəsmək vaxtı təyin etmişik ki, Allahın adını onlara ruzi olaraq verdiyi kiçik və böyük baş heyvanların üzərinə ansınlar. İlahınız tək bir ilahdır. Artıq Ona təslim olun. Sən təvazökar olanlara müjdə ver” (Həcc, 22/34).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar ©2004 Bütün hüquqları qorunur.