Müsəlmanlar
Rəqsə münasibət

Rəqsə münasibət

Sual: Mən sosial inkişaf məqsədilə bir rəqs-tədris mərkəzinin rəqs dərslərində iştirak edirəm. Diskotekada deyil, orada rəqs edirəm. Bir qızla qarşılıqlı rəqs etməklə özümü bu sahədə inkişaf etdirirəm. Bu zaman mənim daxilimdə heç bir şəhvət hissi baş vermir. Belə ki, həqiqətən də, ictimai cəhətdən irəliləmək istədiyim üçün rəqs edirəm. Görəsən, bu cür rəqs etmək İslam dininə əsasən düzgündür? Bu barədə dində nə deyilir? Bəs təkbaşına edilən rəqslər? Məsələn, hip-hop rəqsi kimi. Dində bunlara necə baxılır?

Cavab: Allah insanı imtahan etmək üçün dünyaya göndərib. Bu imtahanın məqsədi kimin daha yaxşı bəndə olduğunu müəyyən etməkdir. Və imtahanın nəticələrinə əsasən müvəffəq olanlar mükafata layiq görüləcəklər, keçə bilməyənlər isə cəzalandırılacaqlar.

İmtahan üçün növbənöv vasitələr var. Bunların biri də Allahın qoyduğu qadağalardır. Dinlə əlaqədar terminologiyada həmin qadağalara haram deyilir. Müsəlman bir insan öz həyatında Allahı nəzərə alan insan olduğuna görə Onun qoyduğu haramlardan uzaq durur. Müsəlman insan sanki Allah yox imiş kimi hərəkət edə bilməz. Hər şeyi verən Allah əmr də verir, qadağa da qoyur.

Bu haramlardan biri də bir-birinə yad olan qız və oğlanın təkbaşına qalmağı, əl-ələ tutuşmağı və cinsi əlaqədə olmağıdır. Bir-birinə kəbin düşən iki ayrı cinsin nümayəndələrinin nikahsız olmaqla bu cür hərəkətlərə yol verməsi düzgün deyil.

Cinsi əlaqə və şəhvət hissi yaşanmasa da, haqqında danışdığınız kimi bir qadınla rəqs etməyiniz dini cəhətdən düzgün deyil. İctimai inkişaf anlayışınızı bu baxımdan dəyişdirməlisiniz. Bir müsəlman sosial inkişaf üçün Allahın haram etdiyi hərəkətlərə yol verə bilməz. Necə ki, bu məqsədlə içki içmir və qumar oynamırsınız, eyni formada sizə dini cəhətdən yad olan qadınlarla rəqs də etməməlisiniz.

Amma tək başınıza rəqs edə bilərsiniz. Bunda bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.