Ramazan ayı və bu ayda edilən dualar
Ramazan ayı bağışlanmaq üçün bir fürsətdir. Bu ayda özümüzə nəzər salmalı, günahlarımızdan tövbə və istiğfar etməliyik. Bu ay bizim üçün yeni bir başlanğıc olmalıdır. Etdiyimiz ibadətlər ancaq bu ayda qalmamalı, Ramazan ayını fürsət bilib özümüzü Allahın razı olacağı yeni vərdişlərə hazırlamalıyıq. Bunun üçün əvvəlcə günahlarımızdan tövbə etməli və böyük Allahdan bağışlanmağımızı diləməliyik.
Allah: “Mənə dua edin, duanızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar xor və həqir olaraq Cəhənnəmə girəcəklər (Mömin, 40/60)”, – deyə buyurmuşdur.
Orucla əlaqədar olan ayələr arasında dua ilə əlaqədar bir ayə də var:
Bəndələrim səndən Məni soruşurlarsa, (de ki,) Mən (onlara) yaxınam. Mənə dua edib çağıranın duasını qəbul edirəm. Onlar da Mənim çağırışıma cavab verələr. Mənə etibar edələr (iman gətirələr). Bununla da bəlkə, kamilləşələr (Bəqərə, 2/186).
Deməli, oruc və dua bir-biri ilə sıx əlaqədardır. Bu səbəbdən peyğəmbərimiz (əleyhissəlam) Allah tərəfindən rədd edilməyən duaları sadaladığı vaxt oruc tutan şəxsin duasını xüsusilə bildirib. ((Tirmizi, Dəavat, 129.))
Dua ilə əlaqədar peyğəmbərimizin (əleyhissəlam) belə bir hədisi də var:
Dua ibadətin özəyidir. Bir baxın, Rəbbiniz: “Mənə dua edin, duanızı qəbul edim”, – deyə buyurub. ((Tirmizi, Təfsir, 2; İbn Macə, Dua, 1.))
Biz hesab edirik ki, bu fəsildə Qurani-Kərimdə olan bəzi dua cümlələrini həm Ərəb dilində olduğu kimi, həm də Azərbaycanca mənaları ilə vermək yaxşı olar. Biz bu duaları əzbərləməli, namazlarımızda, iftar və səhur vaxtlarında, yolda gedərkən, gecə yatarkən oxumalı, xülasə, həmişə bu dualarla Allaha yalvarmalıyıq.
سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ
Eşitdik və tabe olduq. Bizi bağışla Rəbbimiz! Dönüş Sənədir (Bəqərə, 2/285).
رَبَّنَا لا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا
رَبَّنَا وَلا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا
رَبَّنَا وَلا تُحَمِّلْنَا مَا لا طَاقَةَ لَنَا بِهِ
وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا
أَنْتَ مَوْلانَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
Rəbbimiz! Unutsaq, yaxud səhv etsək, bizi məsul tutma.
Ey Rəbbimiz! Bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük ykləmə.
Rəbbimiz! Taqətimiz (gücümüz) çatmayan yükü bizə daşıtma.
Günahlarımızı bağışla! Bizi bağışla! Bizə rəhm et.
Bizim mövlamız (vəlimiz) sənsən. Kafirlərə qarşı bizə kömək et(Bəqərə, 2/286).
رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ
Rəbbimiz! Bizi doğru yola hidayət etdikdən sonra qəlblərimizə əyrilik salma. Bizə öz tərəfindən bir rəhmət bəxş et.. Şübhəsiz ki, sən sonsuz şəkildə bəxş edənsən (Ali-İmran, 3/8)!
رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
Ey Rəbbimiz! Biz həqiqətən iman gətirdik. Artıq bizim günahlarımızı bağışla və bizi o atəşin əzabından qoru (Ali-İmran, 3/16).
رَبَّنَا ءامَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
Ey Rəbbimiz, biz sənin endirdiyinə iman gətirdik. Peyğəmbərə də tabe olduq. Bizi endirdiyinin canlı şahidləri et (Ali-İmran, 3/53).
رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا
وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
Ey Rəbbimiz, bizim günahlarımızı və hərəkətlərimizdəki qatılığı bağışla. Bizim ayaqlarımızı büdrətmə və kafirlərə qarşı bizə kömək et (Ali-İmran, 3/147).
رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأَبْرَار
Ey Rəbbimiz, günahlarımızı bağışla, təqsirlərimizdən keç və bizim canımızı yaxşı əməl sahibləri ilə birlikdə al (Ali-İmran, 3/193).
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاةِ وَمِنْ ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
Ey Rəbbim! Məni və mənim nəslimdən gələnləri namazını doğru-dürüst qılanlardan eylə! Ey Rəbbimiz! Duamı qəbul et (İbrahim, 14/40).
رَبَّنَا ءاتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
Rəbbimiz! Bizə tərəfindən rəhmət ver və bizim işimizi fərəc et. Bizi müvəffəq et (Kəhf, 18/10).
رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ * وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ
Ya Rəbbi! Şeytanların vəsvəsəsindən və onların mənim yanımda olmalarından sənə sığınıram (Muminun, 23/97-98).
رَبَّنَا ءامَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
Ey Rəbbimiz! Biz sənə inandıq, bizi bağışla, bizə mərhəmət et, Sən mərhəmət edənlərin ən yaxşısısan (Muminun, 23/109).
رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
Bağışla və mərhəmət et Rəbbim! Sən mərhəmətlilərin ən yaxşısısan (Muminun, 23/118).
رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا * إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا
Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Onun əzabı daimi və acıdır. O yer şübhəsiz ki, pis bir yer və pis bir dayanacaqdır (Furqan, 25/65-66).
رَبَّنَا اغْفِرْ لَنَا وَلإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالإِيمَانِ وَلا تَجْعَلْ فِي قُلُوبِنَا غِلا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ
Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz, Sən həqiqətən də, şəfqətli və mərhəmətlisən (Həşr, 59/10).
Gəlin, bu fəsli bir hədislə başa vuraq:
Həzrəti Aişə peyğəmbərimizdən (əleyhissəlam): “Ey Allahın elçisi, Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?”, – deyə soruşduğu vaxt peyğəmbərimiz aşağıdakı duanı oxumağı buyurdu:
اَللّهُمَّ إِنَّكَ عَفُوٌّ كَرِيمٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي
Allahım! Sən bağışlayansan, səxavət sahibisən. Bağışlamağı sevərsən. Məni də bağışla. ((Tirmizi, Dəavat, 84.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.