Cavab: Əsli ərəbcə olan nəsib və qismət kəlimələri “pay” mənasına gəlir.
Uca Allah, hər kəsi fərqli yaratmışdır. Baxarsan ki, biri dünyaya gəlir-gəlməz onun üçün böyük məclislər qurulur. Digər biri, dünyaya gətirdiyi uşağa onu örtüb-saracaq bez parçası tapa bilmir. Hər ikisi də müxtəlif imtahanlardan keçir.
İndi deyin görüm; varlının imtahanı daha çətindir yoxsa, fağırın? Hər ikisini yaşamış biri olaraq məndən soruşsanız, mən: “Varlının imtahanı daha çətin olduğu qənaətindəyəm”. Çünki, varlının əlində günah işləyəcək bütün imkanlar vardır.
Fağırın ən böyük çətinliyi səbr edə bilməkdir. Hər an üsyan edə bilər.
İnsanların bir çoxu zəngin olanda ya da ona bir məqam verildiyi zaman çox dəyişirlər. Baxarsan ki, yaxşı gördüyün adam artıq səni görəndə üzünü çevirir ya da telefon edirsən, cavab vermir. Varlandıqca xəsisliyi, yüksəldikcə kibiri artır. Beləliklə, həm imtahanı həm insanlığını itirir.
Əslində bu imtahanlar qarşısında əsas olan insanın şəxsiyyətidir. Kimisi adi bir hala üsyan edib Allahdan üz döndərir, kimisi isə ən böyük müsibətlərə belə sinə gəlir və hər cür çətinlik onun sadəcə Allaha olan güvənini artırır.
Nəticədə; nəsibimiz ya da qismətimiz, yəni payımıza nə düşərsə düşsün hansı şərtlərdə olursaq olaq, imtahanı və insanlığımızı itirməməyə çalışmaq lazımdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/6483.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.