Müsəlmanlar
Müsəlman qadının başı açıq işləməsi

Müsəlman qadının başı açıq işləməsi

Sual: Bizim qadınlarımızın bəziləri fabrik, zavod və digər iş yerlərində başı açıq və şalvarla işləyirlər. Çünki Avropada belədir; həyat şəraiti də asan deyil. Bu cür dolanmaq və pul yığmaq üçün işləməyin hökmü nədir?

Cavab: Bir qadın evlənməyi qadağan olan qohum-əqrəbasından başqa bütün kişilərə qarşı örtülü və başı bağlı olmalıdır. Bu, vacibdir. Üz və əllər istisnadır. Çünki işləyərkən əllərinin və üzünün açıq olması bir ehtiyac halına gəlir. İşləyib qazanmaq istər qadın, istərsə kişi olsun, hamının görməli olduğu bir işdir. Bir hədisdə deyilir ki, qazanc yolu axtarmaq hər bir müsəlman kişi və qadına vacibdir. Çünki hər hansı bir müsəlman öz məsuliyyət və öhdəliklərini yerinə yetirmək üçün müəyyən bir qazanca malik olmalıdır.

Bir qadının bədəninin örtməli olduğu hissələrindən hər hansı birini açıq saxlamaqla işləməsi düzgün deyil; haramdır. Ancaq unutmamaq lazımdır ki, bu cür işləyərək qazandığı qazanc öz zəhmətinin əvəzi olduğuna görə haram deyil. Başqa sözlə, belə bir qadın başı açıq işlədiyi üçün günahkar olur amma bu işindən götürdüyü qazancına haram qarışmaz.

Qadınların şalvar geyinməsi məsələsinə gəlincə, bədən üzvlərini bildirməyən geniş bir şalvar geyinmək olar. Amma bədənin hissələrini göstərən dar bir şalvar və buna oxşar şeylərin geyilməsi məkruhdur.

Mənbə: (Abdulhəmid Şirvani, İbn Qasım Şihabuddin Əhməd ibn Qasım Əl-Abbadi, Havaşi alə Tuhfəti-l-Muhtac bi Şərhil-Minhac, Əl-Məktəbətu-l-İslamiyyə, İstanbul, tarix yoxdur, II cild, s. 112).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.