Müsəlmanlar

Şəhidlərin və hafizlərin şəfaət etmək səlahiyyətləri varmı

Sual: Şəhidlərin və hafizlərin şəfaət edə biləcəkləri rəvayət edilir. Bu deyilənlər nə dərəcədə doğrudur?

Cavab: Axirətdə heç kim heç kimə şəfaət edəsi deyil. Heç kim heç kimi qurtara bilməz. Heç düşünmürsüz bəyəm? Kimdən kimi qurtarırsız? Şəhidlər ya da peyğəmbərlər, günahkar insanları Allahdan qurtaracaq eləmi? Bu kimi cəfəngiyyatlara inanan bir şəxs, müsəlman ola bilməz. Bizdən əvvəlkilər bu cür cəfəngiyyatlara inanıb dinlərini təhrif etdilər və müşrik oldular.

Uca Allah, Quranda belə buyurmaqdadır:

وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ

Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək də göstərilməyəcəkdir.” (Bəqərə 48)

Bir başqa ayədə:

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ

“O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!” (İnfitar, 82/19).

Şəfaətlə əlaqəli Qurana zidd bir çox rəvayətlər nəql edilsə də Qurana uyğun bir çox hədislər də nəql edilmişdir. Məsələn, Peyğəmbər əleyhissəlam, öz qızına belə demişdi: 

“Ey qızım Fatimə! Malımdan dilədiyini istə. Amma Allah yanında (hesab günündə) sənə heç bir köməyim dəyməyəcək. Özünü bir xurmayla da olsa qurtarmağa çalış.” (Buxari, “Vəsayə”, 11.)

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7292.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.