Sual: Eyni dövrdə yaşayıb, bir-birini görən Nəbilər olubmu?
Cavab: Qurani Kərimdə eyni dövrdə yaşayıb, bir-birinə köməklik göstərən nəbilərdən bəhs edər. Məsələn, Musa və Harun əleyhissəlam buna misal göstərilə bilər:
“Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və nəbi idi. Biz (Musanı) sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və danışıb onu (özümüzə) yaxın etdik. Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.” (Məryəm, 19/51-53.)
Bundan başqa bir çox ayələrdə nəbilərin bir qisminin qohum olduqları və eyni dövrdə nəbiliklə şərəfləndikləri bildirilir.
İbrahim əleyhissəlamın övladları İsmayıl və İshaq eyni dövrün nəbiləri idi. O cümlədən Yüsif və qardaşı Bünyamin, Allah’ın salamı olsun!
Bütün bu məlumatlar işığında biz, bəzi nəbilərin eyni dövrdə yaşadıqlarını və Allahdan gələn həqiqətləri insanlara çatdırmaqda bərabər çalışdıqlarını deyə bilərik.
Nəbilik haqqında əlavə məlumat almaq istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər:
http://www.muselmanlar.com/fitvalar/7729.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.