Sual: Mənim üç aylıq bir qızım var. Əvvəllər qardaşımın uşaqlarını oynadıb öpdüyüm kimi onu da öpüb oxşayıram. Anam, atam və başqa insanlar mənə uşağı atanın yanında öpüb oxşamağın hörmətsizlik olduğunu deyirlər. Bizim dinimizdə belə bir şey var? Uşaqları atanın yanında oynatmaq, öpmək, oxşamaq və onlara nəvaziş göstərmək olmaz?
Dinimizdə ata-ananın yanında uşaqları oynadıb öpməyi qadağan edən heç bir hökm yoxdur! Sizin haqqınızda danışdığınız vəziyyət adət-ənənələrdən irəli gəlir. Belə olan halda, siz sizə belə deyənləri incitməmək şərtilə bu məsələni izah etməli və onlara peyğəmbərimizin uşaq sevgisi barədə danışmalısınız.