Sual: İnsan nə üçün özü ilə Allah arasına bir vasitəçi qoymağa çalışır? Allah, bizə hərkəsdən daha yaxın və hərkəsdən daha mərhəmətli deyilmi?
Cavab: İnsanlar, Allahla olan əlaqəsini kəsdiyi zaman ya da Onun əmrlərinə rəayət etməyib ünsiyyəti pozduğu zaman yəni, öz fitrətlərinə tərs davrandıqları zaman, araya Allaha yaxlaşdırıcı və barışdırıcı şəxsləri bir vasitəçi kimi qoyarlar. Onların bu davranışlarını Allah Quranda belə tənqid etməkdədir:
Bil ki, saf din Allahındır! Allahla özləri arasına himayəçilər tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə qulluq edirik”– (deyirlər.)” (Zümər 39/3.)
Bu şəxslər, araya vasitəçi qoyaraq bir növ Allahla özləri arasındaki problemləri həll edirlər. Məsələn, onların böyük günahlarını əfv etdirəcək, dualarını və arzularını yerinə yetirəcək, nəticədə cəhənnəmdən qurtarıb cənnətə qoymaqda onlara vasitəçi olacaqlar.
Əsl şirk elə budur. Lakin insanlar bunun fərqində deyillər. Çünki, onlar üçün əsas olan Quranda Allah’ın nə dediyi deyil; öz nəfslərinin, peyğəmbərimizə əsaslandırılan müxtəlif rəvayətlərin və din xadimlərinin nə dedikləri əsasdır. Bu, bütün təhrif olunmuş din mənsublarında və müşriklərdə mövcüd olan ortaq bir görüşdür. Bu səbəblə Allah:
“Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir.” (Yusuf, 12/106.)
Təəssüf ki, istər özünü dindar görənlər istərsə digərləri Allaha layiqincə güvənmədikləri üçün başqa güclərin və qüvvələrin arxasına düşmüş və bir növ onlara sitayiş və dua edirlər.
Verilən sualın ətraflı cavabını aşağıdakı linkdən görə bilərsiz:
http://www.muselmanlar.com/tedqiqatlar/6659.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.