Sual: Biz insanlar Adəmin uşaqlarının bir-biri ilə evlənməsi nəticəsində çoxaldıq? Bizə bu məsələ barədə məlumat versəniz, çox şad olarıq.
Cavab: Allah Təala belə buyurub:
“Ey insanlar! Sizi tək bir nəfsdən yaradan və eyni nəfsdən yoldaşını yaradan və o ikisindən bir çox kişi və qadın meydana gətirən Rəbbinizə qarşı hörmətsizlik etməkdən çəkinin…” (Nisa, 4/1).
Bu ayədə ilk insan nəslinin bir tək nəfsdən yaradıldığı xəbər verilməkdədir. Digər ayələrlə bağlantısını qurduğumuz zaman belə bir nəfsdən ilk olaraq yaradılan insanın Adəm olduğunu görməkdəyik.[1] Ondan sonra onun zövcəsi yaradılmışdır. Nəfs, mayalanmış yumurta deməkdir. Rəbbimiz, tərkibi torpaq və sudan ibarət maddələrini qarışdırmaqla bu nəfsi əmələ gətirmişdir. Eynilə bu cür bir neçə nəfsdən digər qadın və kişi cinsli bir çox bəşər və sonra bu bəşərdən əmələ gəlmiş bir çox nəsil meydana çıxarmışdır.
Alimlər yuxarıdakı ayədə ifadə edilən nəfs kəliməsindən təkcə Adəm əleyhissəlamın və zövcəsi Həvvanın qəsd edildiyi yorumundan yola çıxaraq, sonradan əmələ gələn insanların da bu ikisinin övladlarının bir biri ilə (bacı-qardaş) evlənməsi ilə çoxaldığını irəli sürmüşlər.
Bəziləri də Adəm kəliməsinin xüsusi bir isim olmadığı düşüncəsindən yola çıxaraq, ilk yaradılan insanın bildiyimiz mənada Adəm olmadığını və ondan əvvəl bəşərin var olduğu qənaətinə gəlmişlər.
Əlbəttə biz, hər iki görüşün əsassız və Quranın digər ayələrinə zidd bir yorumdan ibarət olduğunu görməkdə və onların bu iddiaları ilə razılaşmamaqdayıq. Eyni zamanda bu iddiaların heç biri ilə əlaqəli zəif bir hədis belə yoxdur.
Ən doğrusunu bilən Allahdır!
Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Bəqərə, 2/30.