Sual: Nəsx nə deməkdir, Quranda nəsx varmı?
Cavab: Nəsx, köçürmək və bir şeyi başqa bir şeylə əvəz etmək mənasına gəlir.[1]
“Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?” (Bəqərə, 2/106.)
Allah, bizə əvvəlki ümmətlərə göndərdiyi ayələrin böyük ölçüdə eynisini göndərmişdir. Hər yeni göndərdiyi kitabları ya eynisiylə ya da daha yaxşı və ya asan bir ayə ilə əvəz etmişdir. Məsələn, bunlardan bir nümunə belə verə bilərik:
“Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi…” (Bəqərə, 2/187).
Çünki, bizdən əvvəlki ümmətlərə Ramazan ayı gecələri zövcələriylə cinsi əlaqə qadağan idi və Allah bu ayə ilə bizim üçün daha yaxşı/asan bir nəsx gətirdi.
Bunun bir başqa nümunəsi, dəstəmaz alanda ayaqları yumaqla əlaqəlidir. Maidə 6-cı ayə nazil olana qədər peyğəmbər (ə.s.) və səhabəsi ayaqlarını yuyurdular. Bu ayə nazil olandan sonra isə məsh etməyə başlamışdır.
İslam alimləri nəsx barədə fərqli fikirlər irəli sürüblər. Həm onların bu görüşlərini həm də Quranda bizə bildirilən nəsx barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə baxa bilərlər:
http://www.muselmanlar.com/fitvalar/2130.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] İbn Mənzur, Lisanul Ərəb, “Nəsx” maddəsi.