Müsəlmanlar

Oruclu olanın ağzına su alması doğrudurmu?

Sual: Biz dəstəmaz alanda ağıza və buruna su veririk. Oruclu olanda bu sünnəti tərk etməliyikmi?

Cavab: Oruclu olan bir şəxs, ağzına su ala bilər. Lakin bunu sərinlənmək ya da susuzluğunu aparmaq məqsədilə etməməlidir.

Peyğəmbərimiz oruclu olduğu halda dəstəmaz vaxtı ağız və burnuna su verib.

Dodaqları islatmaq və ya öz bəlğəmini udmaq da orucu pozmaz. Çünki, orucda əsas olan çöldən içəriyə hər hansı bir maddənin daxil olmamasıdır. İçəridən çölə çıxan və ya içəridən ağzımıza qədər gələn (qusuntu, bəlğəm, qan kimi) şeylər, orucu pozmaz.

Oruc barədə digər sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6344.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.