Müsəlmanlar

Məryəm adının mənası nədir?

Sual: Mən bu adı qızıma qoya bilərəm?

Cavab: İbranicə “me-ra-yah” dan törəmiş və kökündə “inadçılıq, üsyankarlıq, üsyan” kimi mənalar daşıyır. Tövratda bu ada ilk dəfə Musanın bacısında rastlanılır. Ondan sonra bu ad, İsrailoğulları arasında yayğınlaşmaya başlayır.

Quranda İsa əleyhissəlamın anasının bu adı daşıdığını və onun Allah qatında xüsusi bir məqamı olduğunu görürük. Bu səbəblə insanların bir çoxu onun şərəf və məqamına hörmətlə yanaşdıqları üçün öz qızlarına Məryəm adını verirlər. Belə bir ad, həm milli həm də mənəvi dəyər daşıdığı üçün, sizin də öz qızınıza bu adı verməyiniz, ona edilən yaxşılıqlardan biri olur.

Uşaqlara veriləcək adlar barədə məlumat almaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6265.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.