Sual: Hər kəs öz məzhəbinə, təriqətinə çağırır. Quran bizə hansı məzhəbə uymağımızı əmr edir?
Cavab: Özünə Allahı, kitabını və elçisini nümunə götürmək istəyən aşağıdakı ayəyə baxsın:
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.” (Ənam, 6/159).
Dinimizin tək sahibi Allahdır və Onun Adəmdən bəri bizə göstərdiyi tək din və tək yol/məzhəb İslamdır. Bunu qəbul edənə də müsəlman deyilir.
Bunun xaricində olan adlar, yollar/məzhəblər insanların uydurduqlarıdır.
Bu barədə ətraflı məlumat üçün aşağıdakı video dərsi izləyə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.