Müsəlmanlar

Allah Təala kitabı nəbilərə yoxsa rəsullara nazil etmişdir?

Sual: Allah Təala kitabı nəbilərə yoxsa rəsullara nazil etmişdir?

Cavab: Bir nəbi eyni zamanda rəsuldur. Çünki, nəbinin rəsulluq/elçilik vəzifəsi vardır. Yəni, ona nazil olanı təbliğ etmək vəzifəsi.

Nəbilik, bir məqamdır. Allah istədiyini bu məqama gətirir. Bu məqama gətirilən nəbiyə kitab nazil olur və bu kitabı təbliğ etdiyi zaman eyni anda rəsulluq, yəni bizim dildə elçilik etmiş olur.

Ənənə dinində isə bunun tərsinə inanırlar: Kitab nazil olana rəsul, kitab nazil olmayana isə nəbi deyirlər. Halbuki, bu anlayış Qurana zidd bir anlayışdır. Uca Allah, Ənam surəsi 84-cü ayəsindən 89-cu ayəsinə qədər peyğəmbərlərin əksəriyyətini sayır və onların hamsına nəbilik verildiyindən və kitab nazil etdiyindən bəhs edir.

Nəbi və Rəsul haqqında ətraflı məlumata aşağıdakı linklərdən baxa bilərsiz:

http://www.muselmanlar.com/dusunce-sahesi/5579.html

http://www.muselmanlar.com/elanlar-xeberler/6278.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.