Sual: Quranın beynəlmiləl bir kitab olduğunu deyirsiz. Halbuki, Quranda Nəbinin zövcələriylə evlənməyi qadağan edən və onun evinə girəndə rəayət ediləcək qaydalardan bəhs edən ayələr var. Bu və bənzər ayələr, tarixsəl deyilmi? O gün üçün qoyulan hökmlərin bizimlə nə əlaqəsi var?
Cavab: Quranın beynəlmiləl bir kitab olması, onun nazil olduğu dövrdə yaşayan insanlara məxsus heç bir hökmü olmadığı mənasına gəlməz. Həmçinin Quranda, nazil olduğu dövrdə yaşayanları dilə gətirməsi və təkcə onların həyata keçirə biləcəkləri hökmlərin olması, Quranın beynəlmiləl bir kitab olmasının önündə bir maneə təşkil etməz.
Verdiyiniz nümunədəki ayələr də daxil olmaq üzərə bəzi ayələrin təkcə o gün yaşamış insanların tətbiq edəcəkləri hökmlər olduğu açıqdır. Məsələn, nümunəsini verdiyiniz: Nəbimizin zövcələriylə evlənməyi qadağan edən hökmdə; bu məsələylə əlaqəli ayə nazil olmalıdır ki, Nəbimiz vəfat etdikdən sonra səhabə və digər insanlar o ayələrə rəayət etsin. Əksi təqdirdə bunun qadağan olduğu və hökmü peyğəmbərin özünün vermədiyi necə bilinəcək? Buna bənzər digər bir hökm də; peyğəmbərə aldığı zövcələr xaricində bir daha başqa qadınlarla evlənməyəcəyi hökmüdü.
Bu kimi hökmlərə əsaslanaraq, Quranın tarixsəl bir kitab olduğunu iddia etmək, hadisələrdən ibrət, dərs çıxarmamaq və bizimlə əlaqəsinin olmadığı qənaətinə gəlmək, Quranın bizə nazil olmadığına inanmaqla eynidir. Quranda eyni zamanda bizimlə əlaqəsi olmayan Nuhdan, Firondan və bəzi millətlərin elədiklərindən, onların həlak olmasından bəhs edir. O zaman bu kitaba tarixdən bəhs etdiyi üçün təkcə tarix kitabı deyə baxmağımız nə qədər xətalı isə, tarixsəlçilərin Quranın tarixsəl kitab olduğunu, hökmlərinin tarixdə qaldığını iddia etməkləri də o qədər xətalıdır.
Oxşar sual-cavabı öyrənmək üçün aşağıdaki linkə baxın:
http://www.muselmanlar.com/fitvalar/6491.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.